Icma.az
close
up
RU
Bakıda böyük forum: “Süni intellekt medianı tamamilə dəyişir”

Bakıda böyük forum: “Süni intellekt medianı tamamilə dəyişir”

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” adlı panel sessiya ilə yekunlaşıb

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” adlı panel sessiya ilə yekunlaşıb.

Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzovun moderatorluğu ilə təşkil olunan sessiyada Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin səlahiyyətli nümayəndələri spiker qismində çıxış ediblər.

Panel sessiya zamanı rəqəmsal inkişafın media sektoruna təsiri, süni intellekt texnologiyalarının informasiya istehsalı və yayımında yaratdığı yeni imkanlar, dezinformasiya risklərinin artması, etik prinsiplərin qorunması məsələləri geniş müzakirə olunub. Bildirilib ki, media nümayəndələrinin innovativ alətlərdən düzgün, etik və effektiv şəkildə istifadə etmələri, peşəkar fəaliyyətlərində bu texnologiyaların imkanlarından səmərəli yararlanmaları olduqca vacibdir.

Sessiyada həmçinin vurğulanıb ki, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə media qurumlarının texnoloji yeniliklərə operativ uyğunlaşması və informasiya etibarlılığının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, panel müzakirənin sonunda iştirakçıların sualları cavablandırılıb və Forum öz işini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2026 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri