Icma.az
close
up
RU
Bakıda Gənclərin Süni İntellekt Forumu keçirildi

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirildi

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

2 may 2025-ci il tarixində Bakıda Gənclərin Süni İntellekt Forumu baş tutub.

News24.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən Forum, süni intellekt sahəsindəki trendləri gənclərlə bölüşmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq və şəbəkələşməyə şərait yaratmaq məqsədi daşıyıb.

Açılış mərasimində millət vəkili Tahir Mirkişili, Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev, GİKM-in Baş direktoru Azər Əliyev çıxış edib, süni intellektin təkcə texnologiya deyil, həm də iqtisadiyyat, təhsil, səhiyyə və cəmiyyət üçün əsas transformasiya vasitələrindən biri olduğunu vurğulayıblar.

150-ə yaxın gəncin iştirak etdiyi Forum çərçivəsində “Süni intellekt və gənclər: rəqəmsal gələcəyə doğru” mövzusunda panel müzakirəsi təşkil olunub.

“Brandmaker E-commerce Agency”nin təsisçisi Fərid Məhərrəmlinin moderatorluğu ilə keçirilən paneldə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının üzvü İlqar Cəfərov, “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyinin direktoru Leyla Seyidzadə və 4SİM-in rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva çıxış ediblər. Gənclər süni intellektin real tətbiq sahələri, həmçinin karyera imkanları barədə məlumatlandırılıblar.

Panel müzakirəsindən sonra keçirilən sual-cavab sessiyasında iştirakçılar spikerlərə öz suallarını ünvanlayıb, onları maraqlandıran məsələlər üzrə fikir mübadiləsi aparıblar. “suniintellekt.az” platforması tərəfindən maarifləndirici məlumat sessiyası da keçirilib. Sessiya zamanı iştirakçılara süni intellekt texnologiyalarının tətbiq sahələri, öyrənmə resursları və karyera imkanları barədə ətraflı məlumat verilib.

Süni İntellekt Forumu gənclərin rəqəmsal texnologiyalar sahəsində maariflənməsinə və bu istiqamətdə şəbəkələşməsinə imkan yaradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:372
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 May 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri