Icma.az
close
up
RU
Bakıda böyük SÖKÜNTÜ OLACAQ Bu şəxslərə…

Bakıda böyük SÖKÜNTÜ OLACAQ Bu şəxslərə…

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda binaların sökülməsi son illərdə şəhərsalma siyasətinin mühüm bir hissəsinə çevrilmişdir. Paytaxtın simasını yeniləmək, infrastrukturun müasirləşdirilməsi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu proses həm müsbət, həm də mübahisəli tərəflərlə müşayiət olunur. Sovet dövründən qalmış, istismar müddətini başa vurmuş, tikinti normalarına cavab verməyən köhnə binaların yerində yeni, müasir komplekslərin inşası nəzərdə tutulur. Bununla yanaşı, binaların sökülməsi zamanı sakinlərin köçürülməsi, mülkiyyət hüquqlarının qorunması və kompensasiya məsələləri ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb olur.

Bakıda hansı ərazilərdə binalar söküləcək? Ümumiyyətlə paytaxtda müasir şəhərsalma tələblərinə uyğun şəkildə hansı yeniliklərin icrasına ehtiyac var?

Mövzuyla bağlı Əmlak Eksperti Elnur Azadov REFERANS-ın suallarını açıqlama gətirib:

Mövzuyla bağlı Əmlak Eksperti bildirib ki, bu günlərdə bu mövzu çox aktual məsələlərdən biridir.

“Bildiyimiz qədər son illər ərzində tikinti sahəsində bəzi məhdudiyyətlər var idi. Şəhərsalma tikinti şirkətlərinə tikintini çox məhdud sayda verirdi və buda dayanmadan ölkədə qiymətlərin artmasına səbəb olurdu. Rəqabət yox idi. Hazırda ölkədə 16 min bina qeydə alınıbdır, hansılar ki, istismar müddəti bitib, onlar isə çoxmənzilli binalardır sovet hökuməti vaxtında tikilən. Onlardan 1100 dənə bina qəzalı və qismən qəzalı kimi qeydə alınıb. Həmin 1100 dənə binanın daxilində 194 bina ciddi qəzalı vəziyyətdədir və onların çox qısa bir zaman ərzində sökülməsi vətəndaşların o binalardan çıxarılması məsələsi gündəmdədir. Mart ayının ikinci yarısında baş nazirin yanında iclas keçirilmişdir və bu məsələylə bağlı müəyyən tapşırıqlar verilmişdir. Artıq bir neçə dənə binanın sökülməsi ilə bağlı qərarlar var. Hətta iki bina sökülüb. Ümumilikdə vəziyyət belədir. Şəhərin bütün ərazi və rayonlarında qəzalı və ciddi qəzalı binalar var”.

Daha sonra müsahibimiz Elnur Azadov qeyd edib ki, Xətai və Sabunçu ərazilərində artıq iki bina sökülüb.

“Gələcəkdə qalan 192 dənə binanın kimlər tərəfindən sökülməsi məsələsi gündəmdədir. Ona görə ki, dövlətin buna ayıra biləcəyi ciddi resurslar yoxdur. Əsasən 194 dənə binanın sökülməsi özəl sektor üçün nəzərdə tutulub. Hazırda məsələyə baxılır, lakin düşünürəm burada şəffaflıq olmalıdır. Bu məlumat tikinti şirkətləri arasında geniş şəkildə yayılmalıdır. Həmin tikinti şirkətləri təkliflər verməlidirlər ki, bu 194 dənə binanın söküntüsündə vətəndaşlara hansı kompensasiyalar verəcəklər. Şəffaflığın olması neqativ halların aradan qaldırılmasına səbəb olacaq. Bildiyimiz qədər bu haqqda məlumatlar geniş yayılıb ki, tikinti şirkətləri vətəndaşların hüquqlarını pozurlar, qanunsuz hərəkətlər edirlər. Məsələ ondadır ki, hər hansı bir tikinti şirkəti müəyyən bir ərazinin sökülməsini planlaşdırandan sonra və bununla hökumətdə razılaşandan sonra vətəndaşların hər hansı bir çarəsi qalmır”.

“Son olaraq həmsöhbətimiz vurğulayıb ki, vətəndaşlar yalnız tikinti şirkətlərinin verdiyi təkliflərlə üz-üzə qalırlar. Amma tender şəklində olarsa vətəndaşların seçimi olar və bu kimi neqativ hallar aradan qalxar”,- deyə Əmlak Eksperti Elnur Azadov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 May 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri