Icma.az
close
up
RU
Bakıda böyük SÖKÜNTÜ OLACAQ Bu şəxslərə kompensasiya veriləcək

Bakıda böyük SÖKÜNTÜ OLACAQ Bu şəxslərə kompensasiya veriləcək

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda binaların sökülməsi son illərdə şəhərsalma siyasətinin mühüm bir hissəsinə çevrilmişdir. Paytaxtın simasını yeniləmək, infrastrukturun müasirləşdirilməsi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu proses həm müsbət, həm də mübahisəli tərəflərlə müşayiət olunur. Sovet dövründən qalmış, istismar müddətini başa vurmuş, tikinti normalarına cavab verməyən köhnə binaların yerində yeni, müasir komplekslərin inşası nəzərdə tutulur. Bununla yanaşı, binaların sökülməsi zamanı sakinlərin köçürülməsi, mülkiyyət hüquqlarının qorunması və kompensasiya məsələləri ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb olur.

Bakıda hansı ərazilərdə binalar söküləcək? Ümumiyyətlə paytaxtda müasir şəhərsalma tələblərinə uyğun şəkildə hansı yeniliklərin icrasına ehtiyac var?

Mövzuyla bağlı Əmlak Eksperti Elnur Azadov REFERANS-ın suallarını açıqlama gətirib:

Mövzuyla bağlı Əmlak Eksperti bildirib ki, bu günlərdə bu mövzu çox aktual məsələlərdən biridir.

"Bildiyimiz qədər son illər ərzində tikinti sahəsində bəzi məhdudiyyətlər var idi. Şəhərsalma tikinti şirkətlərinə tikintini çox məhdud sayda verirdi və buda dayanmadan ölkədə qiymətlərin artmasına səbəb olurdu. Rəqabət yox idi. Hazırda ölkədə 16 min bina qeydə alınıbdır, hansılar ki, istismar müddəti bitib, onlar isə çoxmənzilli binalardır sovet hökuməti vaxtında tikilən. Onlardan 1100 dənə bina qəzalı və qismən qəzalı kimi qeydə alınıb. Həmin 1100 dənə binanın daxilində 194 bina ciddi qəzalı vəziyyətdədir və onların çox qısa bir zaman ərzində sökülməsi vətəndaşların o binalardan çıxarılması məsələsi gündəmdədir. Mart ayının ikinci yarısında baş nazirin yanında iclas keçirilmişdir və bu məsələylə bağlı müəyyən tapşırıqlar verilmişdir. Artıq bir neçə dənə binanın sökülməsi ilə bağlı qərarlar var. Hətta iki bina sökülüb. Ümumilikdə vəziyyət belədir. Şəhərin bütün ərazi və rayonlarında qəzalı və ciddi qəzalı binalar var".

Daha sonra müsahibimiz Elnur Azadov qeyd edib ki, Xətai və Sabunçu ərazilərində artıq iki bina sökülüb.

"Gələcəkdə qalan 192 dənə binanın kimlər tərəfindən sökülməsi məsələsi gündəmdədir. Ona görə ki, dövlətin buna ayıra biləcəyi ciddi resurslar yoxdur. Əsasən 194 dənə binanın sökülməsi özəl sektor üçün nəzərdə tutulub. Hazırda məsələyə baxılır, lakin düşünürəm burada şəffaflıq olmalıdır. Bu məlumat tikinti şirkətləri arasında geniş şəkildə yayılmalıdır. Həmin tikinti şirkətləri təkliflər verməlidirlər ki, bu 194 dənə binanın söküntüsündə vətəndaşlara hansı kompensasiyalar verəcəklər. Şəffaflığın olması neqativ halların aradan qaldırılmasına səbəb olacaq. Bildiyimiz qədər bu haqqda məlumatlar geniş yayılıb ki, tikinti şirkətləri vətəndaşların hüquqlarını pozurlar, qanunsuz hərəkətlər edirlər. Məsələ ondadır ki, hər hansı bir tikinti şirkəti müəyyən bir ərazinin sökülməsini planlaşdırandan sonra və bununla hökumətdə razılaşandan sonra vətəndaşların hər hansı bir çarəsi qalmır".

"Son olaraq həmsöhbətimiz vurğulayıb ki, vətəndaşlar yalnız tikinti şirkətlərinin verdiyi təkliflərlə üz-üzə qalırlar. Amma tender şəklində olarsa vətəndaşların seçimi olar və bu kimi neqativ hallar aradan qalxar",- deyə Əmlak Eksperti Elnur Azadov əlavə edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 May 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri