Icma.az
close
up
RU
Bakıda böyük tıxaclar olacaq Fevralın 17 dən...

Bakıda böyük tıxaclar olacaq Fevralın 17 dən...

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Həftənin birinci günü – fevralın 17-dən Azərbaycandakı ali məktəblərdə dərslər başlayır. Bu isə Bakıda tıxacların və ictimai nəqliyyatda sıxlığın artmasına səbəb olacaq. Xüsusilə səhər və axşam saatlarında əsas magistral yollar, metro stansiyaları və avtobus dayanacaqlarında sıxlıq yaranacaq.

Tələbələrin sıx olduğu ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə artıq ilk günlərdən nəqliyyatın hərəkətində çətinliklər yaşanacağı ehtimal edilir. Ötən illərin təcrübəsi göstərir ki, dərs mövsümünün başlaması ilə avtomobillərin də sayı artır, bu da yollarda hərəkətin daha da çətinləşməsinə səbəb olur.

Bundan əlavə, ictimai nəqliyyatda sərnişin axınına uyğun avtobus və metro qatarlarının sayının az olması sıxlığı daha da artırır. Səhər saatlarında avtobuslarda yerlərin olmaması və sıxlıq səbəbindən dayanacaqlarda uzun növbələrin yaranması adi hala çevrilir.

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələlər üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, sıxlıq və tıxac böyük şəhərlərdə gözlənilən haldır:

“Bakıda bunun fərqli olmasının səbəbi pik saat anlayışının itməsidir. Tıxaca alternativ olan ictimai nəqliyyatımızın vəziyyəti istənilən səviyyədə deyil. İlkin olaraq avtobus və velosiped zolaqlar şəbəkəsi çəkildi və çəkilməyə davam edir. Düşünürəm ki, burada sərt nəzarət işləri artırılmalı, təkmilləşdirmə işləri görülməlidir. Digər məsələ avtobus və digər nəqliyyat vasitələrinin çıxdığı səkilərin vəziyyəti bərbaddır, səkilərin önündəki bariyerlər təmizlənməlidir. Bunlar köşklər, soyuducular, park edilən avtomobillərdir ki, bunlara qarşı sərt nəzarət tətbiq olunmalıdır. Həmçinin velosiped və avtobus zolaqlarına girənlərə qarşı sərt nəzarət tətbiq olunmalıdır”.

Eksperti sözlərinə görə, bu ildən relsli nəqliyyata yatırım olunacağı elan edilib:

“Metro xəttlərinin tikilməsi, dəmiryolu daşımasının 4-5 dəfə artırılması, tramvay xəttinin bərpası çox önəmli layihələrdir. Çünki şəhər nəqliyyatının onurğa sütunu relsli nəqliyyatdır. Əsas yükü bu nəqliyyat götürməlidir, avtobus da əlaqələndirici funksiyada olmalıdır. Bugünkü rəqəmlər göstərir ki, ən yüklənmiş nəqliyyat növümüz avtobusdur. 1 milyon 200 min səfər avtobusla, 627 min səfər metro ilə, 37 min səfər isə şəhərətrafı elektirk qatarı ilə olur. Bu rəqəmlər dəyişməlidir, ilk yeri metro, ikinci yeri elektrik qatarı götürməlidir. Avtobus da bu yüklərdən azad olmalı, manevr imkanları artırılmalıdır. Avtobus daşıyıcıların brutto müqavilələrə keçidi təmin olunmalıdır. Bu daşıyıcıların maliyyə dayanıqlılığını təmin edəcək, həmçinin sürücü qıtlığının aradan qaldırılmasına və maaşlarının artırılmasına səbəb olacaq, bir növdən başqa növə pulsuz keçidlərin təşkilinə kömək olacaq. Bu da uzaq məsafədən gələn sərnişinlərin xərclərinə təsir edəcək”.

R.Ağamirzəyev qeyd edib ki, ictimai nəqliyyatın və fərqli hərəkət iştirakçılarının önündə bariyer olmamalıdır:

“Bu gün Bakıda avtomobillə hərəkət edəndə heç bir bariyer yoxdur. Amma avtomobillərin çoxluğu problemdir, buna səbəb isə qısa məsafədə səyahətləri fərdi nəqliyyatla təşkil edirlər. Bu da sıxlıq və tıxac saatını artırır. Amma biz digər növlərə diqqət və investisiyamızı artırsaq, bu insanları daha da buraya cəlb edəcək. Bu növlərlə hərəkətlilik artdıqca, şəhərdəki hərəkətlilik tam fərqli cür inkişaf edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 16 Fevral 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri