Bakıda bu 5 layihə üzrə tikilən binalar söküləcək
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda köhnə binaların söküntüsü Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqdim etdiyi sənəd əsasında həyata keçirilir. İstifadə müddəti bitmiş binalardan başqa qəzalı halda olan və planlı ərazilərə düşən binalar da sökülə bilər. Hazırda Bakıda Sovet dövründə inşa edilmiş binaların söküntüsü davam etdirilir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Modern.az-a açıqlamasında bildirib ki, hazırda Bakının hər 12 rayonunda köhnə binalar var. Və müvafiq ardıcıllıqla hamısı söküləcək:
“Sovet dövründə tikilmiş binalar - "Xruşşovka" (1950–1960), "Brejnevka"lar (1970–1980), Lenin layihəsi (1950–1960), Alman layihəsi (1960–1970), "Stalinka" (1930–1950), hamısı söküləcək. Bu binaların istismar müddəti o dövr üçün 50-60 il nəzərdə tutulub. Amma hələ də yaşayış var”.
Baxış sayı:186
Bu xəbər 13 Mart 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















