Icma.az
close
up
RU
Hərbi xidmət və Vətən sevgisi

Hərbi xidmət və Vətən sevgisi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Birinci Qarabağ savaşı yüzlərlə Milli Qəhrəman yetirmişdir ki, bunlardan biri də Allahverdiyev Elbrus Hacı oğlu 27 oktyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində dünyaya göz açıb. 18 saylı məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Orconikidze Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1988-ci ildən başlayaraq respublikamızda baş verən Dağlıq Qarabağ müharibəsi zamanı torpaq minlərlə igid oğul və qızlarını qoynuna aldı. Vətəndən uzaqda olan Azərbaycan oğulları da onu dar günündə tək qoymadılar. Belə mərd oğullardan biri idi Elbrus Allahverdiyev. O, bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycanımıza dönür və könüllü olaraq 17 may 1992-ci ildə cəbhəyə yollanır. Elbrus 18 saylı şəhər orta məktəbini bitirdikdən sonra 1976-78-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bu müddətdə Orenburq Praporşiklər Məktəbini, 1990-cı ildə isə Orconikidze Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Elbrus xeyli vaxt Vladiqafqazda yaşamışdır. Erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə dözməyərək Elbrus Vətənə üz tutur və 17 may 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır.

Leytenant Elbrus Allahverdiyev Azərbaycan Silahlı Qüvvələri artilleriyasının ilk təşkilatçılarından olur. O, Ağdam cəbhəsində ilk artilleriya batareyasını təşkil edərək, döyüş əməliyyatlarında fəal iştirak edir. Batareya döyüşlərdən uğurla çıxır. 1992-ci ilin iyun ayında batareyanın əsasında ilk divizion yaradılır və Elbrus Allahverdiyev ona komandir təyin edilir. Divizion əməliyyatlarda döyüş tapşırıqlarını layiqincə yerinə yetirir, piyadaların və döyüş maşınlarının hərəkətinə yol açırdı. Briqadanın keçirdiyi mühüm əməliyyatlarda artilleriya divizionu sərrast atəşlə düşmənin bir çox strateji əhəmiyyətli mövqelərini darmadağın edir. E.Allahverdiyevin artilleriya divizionu müharibənin ilk illərində düşmənin Avdur kəndi ətrafında bir topunu və bir iri çaplı pulemyotunu, Ağdərə bölgəsində isə bir reaktiv artilleriya qurğusunu sıradan çıxarır. Oktyabr ayında düşmənin daha bir texnikası məhv edilir.

1993-cü il iyun ayının 12-də erməni işğalçıları Ağdam üzərinə güclü hücuma keçirlər. Döyüşə ilk olaraq artilleriya divizionu girir. Ermənilər sarsıdıcı artilleriya cavabından sonra geri çəkilməyə məcbur olurlar. İyun ayının 14-də düşmən yenidən Ağdam üzərinə yeriyir. Bu dəfə hədəfdə Şelli kəndi idi. Elbrus Allahverdiyevin divizionu qərargahdan bir neçə döyüşçü götürüb piyadaların köməyinə gedir. Ermənilər itki verərək geri çəkilməyə məcbur olur. O, bu döyüşdə mərmi partlayışından ağır yaralanır. Komandiri hospitala çatdırdılar. Lakin onu xilas etmək mümkün olmur və qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. Gəncə şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılır. Üç övladı yadigar qalıb.

Həyat yoldaşı Kifayət Allahverdiyeva: "Bir gün Elbrusa dedim ki, iki qız övladın var, getmə. Dedi ki, yox. Kəşfiyyata gedəndə, düzü heç vaxt hərb haqqında onun sirlərindən danışmazdı. Bircə dəfə elə onu dedi ki, düşmən tərəfdə olan azərbaycanlı əsir qadınları görüb. Yəni indi mənə deyə bilməzsən ki, geri gəl, çünki mən bunu namusuma sığışdıra bilmərəm".

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Gəncə şəhərindəki küçələrdən biri onun adını daşıyır.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri