Energetika naziri GECF 28 ci Nazirlər Görüşündə
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Energetika naziri Pərviz Şahbazov Rusiyada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşündə iştirak edib.
Toplantıda nazir qlobal qaz bazarındakı çağırışlar, təbii qazın enerji təhlükəsizliyində artan rolu, investisiya ehtiyacları və Azərbaycanın qaz siyasətindən bəhs edib. Qeyd olunub ki, geosiyasi gərginliklər, təchizat marşrutlarında təhlükəsizlik riskləri və enerji siyasətində dəyişən prioritetlər qaz bazarında qeyri-müəyyənliyi artırır. Eyni zamanda, iqtisadiyyatın elektrikləşməsi, süni intellekt və məlumat mərkəzlərinin inkişafı, bərpaolunan enerjinin balanslaşdırılması ehtiyacı təbii qazın strateji əhəmiyyətini gücləndirir.
Görüşdə nazir artan tələbat fonunda qaz sektoruna investisiyaların məhdudlaşdırılmasının gələcək təchizat təhlükəsizliyi üçün risklər yaratdığı vurğulayıb: “Sabahın etibarlı qaz təchizatı üçün investisiya qərarları bu gün verilməlidir”.
Azərbaycanın enerji təhlükəsizliyinə və uzunmüddətli tərəfdaşlığa əsaslanan qaz strategiyasından danışan nazir Cənub Qaz Dəhlizinin uğurlu əməkdaşlıq modeli olduğunu bildirib. Artan tələbatın qarşılanması üçün Azərbaycanın qaz hasilatı və ixrac potensialını genişləndirdiyi, beynəlxalq qaz layihələrində iştirakını artırdığı qeyd olunub. Bərpaolunan enerji və enerji səmərəliliyi siyasətinin ölkənin qaz ixracı siyasətini dəstəklədiyi bildirilib.
Nazir qlobal qaz bazarında sabitliyin qorunması, investisiyaların təşviqi və istehsalçı-istehlakçı dialoqunun gücləndirilməsi üçün GECF çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan 2015-ci ildən forumda müşahidəçi üzv statusunda təmsil olunur.
***
Nazirlər Görüşü çərçivəsində energetika naziri Pərviz Şahbazov Əlcəzair və Seneqalın enerji nazirləri ilə ikitərəfli görüşlər keçirib.
Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, karbohidrogenlər naziri Məhəmməd Arkab ilə görüşdə iki ölkə arasında enerji əməkdaşlığının inkişafı, neft-qaz sektorunda tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində yaradılmış Birgə İşçi Qrupun ilk iclasının 2026-cı ilin noyabr ayında, ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının isə 2027-ci ilin birinci yarısında Bakıda keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Görüşdə SOCAR ilə Əlcəzairin “SONATRACH” şirkəti arasında əməkdaşlığın inkişafı imkanlarına da toxunulub. Neft və neft-kimya məhsullarının ticarəti üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Seneqal Respublikasının energetika və neft naziri El Hacı Abdurahman Diuf ilə görüşdə isə enerji sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib.
İki ölkə arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Energetika naziri Pərviz Şahbazov dekabrın 2-3-də Seneqalda keçiriləcək beynəlxalq neft, qaz və energetika konfransında iştiraka dəvət olunub.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 Oktyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















