Icma.az
close
up
RU
Bakıda uşaq pornoqrafiyalarını yayan gəncin cəzası bəll oldu TƏFƏRRÜAT

Bakıda uşaq pornoqrafiyalarını yayan gəncin cəzası bəll oldu TƏFƏRRÜAT

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda 1996-cı il təvəllüdlü Asim (adlar şərti verilib – red.) uşaq pornoqrafiyasının yaymaqda ittiham edilib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Asim “Telegram” sosial şəbəkə platformasında cinayətkar niyyətini həyata keçirmək məqsədilə “GuLieff” adı altında gizli hesab yaradıb. 
O, yaşadığı Yasamal rayonundakı 2 saylı yataqxanada 27 iyun 2022-ci ildə, həmin ilin iyulun 6-da yalnız azyaşlı uşağın və kişinin cinsiintim hərəkətlərini əks etdirən  seksual davranışın biədəb formada həyata keçirilməsi əlamətləri olan uşaq pornoqrafiyasından ibarət materialları yayıb. 
Bundan başqa, o, reklam etmək məqsədilə əldə edərək istifadəsində olan “Telegram Plus” mobil telefon tətbiqində “Dont000” adlı gizli qrup yaradıb. 
O, “KK_2000k” adlı hesab istifadəçini yaratdığı gizli qrupa əlavə edərək bu materialların əldə edilməsinə şərait yaradıb. 
Bundan sonra Asim 11 mart 2023-cü ildək olan müddətdə “KK_2000k” adlı hesab istifadəçisi və istintaqla araşdırılan digər istifadəçilərə uşaq pornoqrafiyasını qarşılıqlı olaraq göndərməyi təklif edib. 
O, həmin şəxslərdən də bu kimi materialları qarşılıqlı şəkildə əldə edərək ümumilikdə 1409 ədəd uşaq pornoqrafiyasından ibarət materialları istifadəsində olan mobil telefonunda saxlamaqla göndərib və yayıb.
İstintaq orqanı tərəfindən Asimin barəsində Cinayət Məcəlləsinin 171-1.2.1-ci (şaq pornoqrafiyasının təkrar dövriyyəsi) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 
O, ifadəsində göstərib ki, təxminən 2019-cu ildə “Telegram” platformasında ona məxsus mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “GuLieff” adlı hesab açıb, həmin platformada olan hesaba mütəmadi olaraq daxil olub və musiqi paylaşımı edib: 
“Həmin hesabı musiqi kanalı kimi istifadə etmişəm. “Gulieff” hesabı tək özümün istifadəmdə olub və qeydiyyatdan keçdiyim tarixdən etibarən bütün yazışmalar, danışıqlar mənim tərəfimdən aparılıb. 
Təxminən 3000 nəfər orada mənə məxsus kanalı izləyib. Hər gün orada müxtəlif musiqilər paylaşmışam. Bundan başqa mənim “Telegram” platformasında bir çox qrupa üzvlüyüm də olub. Həmin qruplardan biri də “Bədbəxt kişilər klubu” adlanan qrup olub. Həmin qrupun təxminən 20000 yaxın üzvü olub. Qrupda mütəmadi olaraq paylaşılan xəbərlərə və məlumatlara baxmışam. Oradakı yazışmalarda iştirak etməmişəm, qrupa qoşulmaqda məqsədim də baş vermiş hadisələrdən məlumatlı olmaq olub. Bundan başqa bir neçə qrupda da üzvlüyüm olub. Qruplarda da mütəmadi olaraq paylaşımları izləmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 23 iyun 2022-ci ildə “KAYFHUB 18+” və “X11 {KKK}” qruplarda ortaq üzvlüyü olan “Telegram” platformasında “Gtyhhg” adlı hesab “X11 {KKK}” qrupunda azyaşlı uşaqların porno videolarının olması ilə bağlı ona yazıb, əgər istəyən olarsa, həmin videoları göndərə biləcəyini də bildirib: 
“Həmin tarixdə həmin şəxsə yazıb videoları atmasını xahiş etsəm də, həmin şəxs videoları atmadı.  Bundan sonra həmin ilin iyulun 6-da yenə də həmin şəxsə yazdım, videoları atmasını istədim. Həmin şəxs də təxminən ümumilikdə 100 dənə məzmununda uşaqların pornosunu əks etdirən foto və videoları göndərdi. Həmin şəxsin göndərdiyi videoları öz istifadəm üçün təxminən həmin vaxtdan 10 gün əvvəl açdığım və özümdən başqa hər hansı üzvü olmayan “DontOOO” adlı qrupda saxladım. Videoları “DontOOO” adlı yaratdığım qrupa göndərdikdən təxminən 2-3 gün sonra videolarla birlikdə həmin qrupu sildim. Həmin qrup gizli olduğu üçün heç kim ora dəvəti olmasa, qoşula bilməzdi”. 
Asimin sözlərinə görə, təxminən 27 iyun 2022-ci ildə yaşadığı ünvanda ona məxsus “Telegram” platformasında olan “GuLieff” adlı hesaba “KK_2000k” adlı hesabdan ismarıc gəlib, “KK_2000k” adlı hesabla “Bədbəxt kişilər qrupu” adlı qrupda ortaq üzvlüyü olduğunu görüb:
“Bundan sonra ismarıca daxil oldum. Həmin tanımadığım şəxs mənə xarici uşaq pornoqrafik videoları olduğunu bildirdi, həmin məzmunlu videolardan qarşılıqlı paylaşmağı təklif etdi. Həmin vaxt “Telegram” platformasında olan “Bədbəxt kişilər klubu” və “Türki İfşa” adlı qruplardan götürdüyüm  uşaq pornoqrafik videoları var idi və həmin şəxslə razılaşdım. Bundan sonra qarşılıqlı olaraq videolar göndərdir. Təxminən məndə 100-ə yaxın video olub. Həmin videoların hamısını mənə yazan “KK_2000k” adlı hesaba yönləndirmişəm. Həmin şəxs dəqiq xatırlamadığım sayda video göndərdikdən sonra uşaq pornoqrafik videolarının çox olduğunu dedi, həmin videoları satdığını söylədi. Pul göndərməyim müqabilində daha çox həmin məzmunlu videolar göndərəcəyini bildirdi. Həmin videolar marağımı çəkdiyi üçün həmin hesabın sahibi ilə razılaşdım. Həmin şəxs 5 manat müqabilində videolar atacağını dedi. 
Mən də etiraz etmədim. Bundan sonra “Telegram” platformasında özünə məxsus plastik bank kartını göndərdi. Mən də xatırladığım qədəri ilə özümə məxsus hesabdan “KK_2000k” hesabının sahibi tərəfindən mənə göndərilmiş kart hesabına 5 manat göndərdim. Bu miqdarda pulu bir neçə dəfəyə göndərdim. 5 manatı göndərdikdən sonra həmin ödəməni təsdiq edən ekran görüntüsünün şəklini “Telegram” platformasından “KK_2000k” adlı hesabın sahibinə göndərmişəm. 5 manatı göndərdikdən sonra hesabın sahibi mənə yenə də yeni videolar göndərdi. 
Həmin videoların sayı xatırladığım qədəri ilə təxminən 100-150-ə yaxın olub. Həmin videoları “Telegram” platformasında ismarıc formasında saxlamışam. Həmin videoların 2-3 dənəsinə baxdıqdan sonra qalanlarına baxmamışam. Lakin “KK_2000k” adlı hesabla “Telegram” platformasında olan yazışmanı silmədiyim üçün həmin videolar da orada qalıb. Həmin şəxs mənə bundan sonra 2 iyul 2022-ci il və 9 iyul 2022-ci il tarixlərdə yazsa da, həmin yazışma zamanı bir-birimizə heç bir şəkil və ya video göndərməmişik”.
Təqsirləndirilən şəxs bildirib ki, o, “GTHYH” telegram kanalından uşaq pornoqrafiyasına aid olan videolar istəyib, birinci dəfə həmin kanal göndərməsə də, ikinci dəfə həmin videoları göndərib: 
“Mən Kamildən 5 manat qarşılığında uşaq pornoqrafiyasına aid olan videolar almışam. Uşaq pornoqrafiyasına aid olan videoları qarşılıqlı olaraq göndərmək ilə bağlı Kamil mənə yazıb. Kamil əlavə videolar göndərməsi üçün məndən 5 manat istəyib. Mən də Kamilin kart hesabına 5 manat göndərmişəm. Həmin videoların 2-3-nə baxmışam. 
Mənə əvvəl göndərilən videolar ilə Kamilin atdığı videolar eyni məzmunlu olub. Əvvəllər Kamili tanımamışam. Onunla aramızda başqa mövzularda danışıqlar olmayıb. Mən uşaq pornoqrafiyasına aid olan videoları 2 nəfərdən başqa heç kəsə göndərməmişəm. “GTHYH” kanalının göndərdiyi videolardan 1 həftə sonra Kamil mənə eyni məzmunlu videolar göndərib”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Asimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 5 il şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri