Icma.az
close
up
RU
Bakıda çox şeyi dəyişəcək yeniliklər Metro xətləri nə vaxt ayrılacaq? FOTO

Bakıda çox şeyi dəyişəcək yeniliklər Metro xətləri nə vaxt ayrılacaq? FOTO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

“Bakı Metropoliteni” QSC-nin yeni sədri Vüsal Aslanov metronun “Qırmızı xətt”i ilə “Yaşıl xətt”inin ayrılmasının vacibliyinə bildirib.

Avtosfer.az xəbər verir ki, sədr bu xətlərin “C.Cabbarlı” - “28 May” stansiyasında ayrılması ilə “Dərnəgül”dən gələn qatarların “Xətai” stansiyasınadək, “İçərişəhər”dən başlayan qatarların isə “Həzi Aslanov” istiqamətində hərəkət edəcəyini deyib.

Yəni yaxın gələcəkdə “Yaşıl xətt”in üzərindəki stansiyalardan - “20 Yanvar”, “Elmlər Akademiyası” və sair,  “Gənclik”, “Nərimanov”, “Koroğlu” istiqamətinə və ya geriyə gedən qatarlar “28 May" stansiyasına daxil olmayacaq. Onlar “Nizami”dən “Cəfər Cabbarlı”ya keçəcək və hərəkətini “Xətai” stansiyasında sonlandıracaq. “Qırmızı xətt”in üzərində olan “Gənclik”, “Nərimanov”, Koroğlu” stansiyalarına getmək istəyənlər “Cəfər Cabbarlı”da düşüb keçidlə “28 May”a keçməli olacaqlar. Eynilə də geriyə doğru hərəkət edənlər. “Koroğlu” istiqamətindən “Elmlər Akademiyası”na getmək istəyənlər “Gənclik”dən sonra “28 May”da düşməyə məcbur olacaqlar və “Cəfər Cabbarlı” stansiyasına keçərək “Yaşıl xətt”in qatarına minib “Elmlər Akademiyası”, “20 Yanvar”, “Azadlıq prospekti” istiqamətinə hərəkətlərini davam etdirəcəklər.

Metroda sıxlığın aradan qaldırılmasını hədəfləyən layihəyə paytaxt ərazisində 10 yeni stansiyanın tikintisi də daxildir ki, bunun üçün də 10 illik vaxt proqnozlaşdırılır. Hazırda tikilməkdə olan və yeni tikiləcək stansiyaların çoxunun “Bənövşəyi xətt” üzərində olacağını nəzərə alsaq, meqalayihə Dərnəgül-Xətai xəttinin yükünü əhəmiyyətli dərəcədə azaltmaqla Bakıda nəqliyyatın yükünü xeyli yüngülləşdirmiş və paytaxtdakı mövcud ənənəvi sərnişin axını istiqamətlərini də böyük ölçüdə dəyişdirmiş olacaq.

Xətlərin ayrılması mövzusu uzun illərdir gündəmdə olsa da, son vaxtlar şəhər nəqliyyatındakı yüklənmə, metroda hər gün müşahidə etdiyimiz hədsiz sıxlıq bu məsələnin artıq real addımlarla həll edilməsinə zəmin yarandığını göstərir. Metropolitenin yeni rəhbəri də Prezident İlham Əliyevin sıxlığın aradan qaldırılmasına dair tapşırıqlar verdiyini bildirib.

İşin praktik tərəfinə gəldikdə, çoxlarını düşündürən məntiqi sual ortaya çıxır: Xətlər “28 May” – “Cəfər Cabbarlı” stansiyalarında ayrılacaqsa, həmin stansiyalar buraya düşəcək böyük yükü qaldıra biləcəkmi?

Görünən odur ki, hazırki vəziyyətdə bunu etmək mümkün deyil. “28 May” stansiyası onsuz da sərnişinlə dolub-daşır və digər iki xəttin sərnişin mübadiləsinə dözə bilməz. “Yaşıl” və “Qırmızı xətlər”in ayrılması yalnız “Bənövşəyi xətt”in daha bir neçə stansiyasının istifadəyə verilməsi ilə mümkün ola bilər. Belə ki, “Bənövşəyi xətt” “Yaşıl xətt”lə böyük ölçüdə paralellik təşkil etdiyindən bu xəttin istifadəyə verilməsi və üzərindəki keçid stansiyalarının işə düşməsi ilə “28 May”da proqnozlaşdırılan ağır yüklənmə də azalmış ola bilər.

Hazırda “Bənövşəyi xətt”in mövcud stansiyalarından biri – “Memar Əcəmi-2” stansiyası eyniadlı stansiya ilə bir ərazidə yerləşir. Üzərində 4 stansiya olan (“Xocasən”, “Avtovağzal”, “Memar Əcəmi-2” və “8 Noyabr”) xəttin bir qədər də uzanması ilə hazırda “Yaşıl xətt”in yükü yüngülləmiş olacaq. Həmçinin “Bönəvşəyi xətt”in üzərində hazırkı “Nizami”, “Sahil” və “Xətai” stansiyalarının yaxınlığında yeni keçid stansiyalarının olacağını da nəzərə alsaq, bu xəttin “Yaşıl xətt”lə yanaşı “Qırmızı xətt”in də işinə böyük dəstək verəcəyini düşünmək olar.

İnşaatçı-mühəndis Azər Axundovun da fikrincə, Yaşıl və Qırmızı xətlərin ayrılması hazırki şəraitdə ağlabatan görünmür: “Bu xəbər mənə də maraqlı gəldi. Çünki indi xətləri ayırsalar, “Cəfər Cabbarlı” və 28 May” stansiyasının bu yükü qaldıra biləcəyi sualdır. Sərnişinlərin əksəri “28 May”da düşüb “Cabbarlı”ya keçəcək ki, “20 Yanvar” istiqamətinə gedə bilsin. Amma ümumən xətlər gec-tez ayrılmalıdır. Düşünürəm ki, digər stansiyalar tikildikdən sonra da ayırmaq olardı, bu zaman artıq başqa alternativlər də yaranmış olacaq. İşlərin ardıcıllığı ilə bağlı tam məlumat verilməyib deyə nəsə demək çətindir. İlk olaraq stansiyalar tikiləcək, yoxsa xətləri ayıracaqlar? Tam anlaşılmır”.

Apardığımız kiçik araşdırma da göstərir ki, xətlərin ayrılması yaxın 1-2 ilin işi deyil. Belə ki, bu xətlərin ayrılaraq müstəqil fəaliyyət göstərməsi üçün hər xəttin özünün vaqon parkının, deposunun olması, ayrıca elektrik yarımstansilarının fəaliyyət göstərməsi mütləqdir. Belə ki, “Yaşıl xətt”in hazırda deposu yoxdur və yaxın gələcəkdə “Dərnəgül”də ayrılmış ərazidə deponun tikintisi də başa çatmalıdır. Həmçinin metronun ayrılmış xətlərinin fəaliyyətinin təşkili üçün əlavə 2 yarımstansiyanın tikintisi vacibdir.

Tikilməkdə olan Dərnəgül deposunun yerləşdiyi ərazi

Bir sözlə, xətlərin ayrılması və metronun arzuolunan səviyyədə xidmət göstərməsi üçün hələ xeyli vaxt lazım olacaq. Bunun üçün isə vaxt itirmədən işləri sürətləndirmək lazımdır və bu istiqamətdə ümidverici açıqlamalar verilir.

Yeniliklərin baş verməsi ilə metropolitenin yükünün xeyli parçalanacağı məlumdur. Bunun üçün bir neçə misal da göstərmək olar:  “Bənövşəyi xətt”in üzərində tikiləcək keçid stansiyaları. Belə ki, Bakının böyük bir hissəsindən - “Həzi Aslanov”dan “Gəncliy”ə kimi olan stansiyalardan Avtovağzala getmək istəyənlər “Sahil” metrosunda düşərək “Bənövşəyi xətt”ə keçə və təxminən 15 dəqiqəyə Avtovağzala çata biləcəklər.

Eləcə də “Xətai” istiqamətindən “20 Yanvar” və şəhərin şimalındakı stansiyalara getmək daha sürətli və asan olacaq. Bununla bağlı çoxsaylı nümunələr göstərmək olar.

Bundan başqa, Bönəvşəyi xəttin Ağ Şəhərədək uzanması ilə Bakıda mövcud olan ənənəvi nəqliyyat və sərnişin axını istiqamətləri də kəskin dəyişmiş olacaq. Buna uyğun marşrut avtobusları şəbəkəsində də dəyişikliklərin, paytaxt ərazisində müəyyən yerlərdə əmlakların qiymətində ciddi yeniliyin olacağı da labüddür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Yanvar 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri