Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Yeni metro xətləri Bakıda tıxac problemini həll edə bilər? EKSPERT RƏYLƏRİ

Yeni metro xətləri Bakıda tıxac problemini həll edə bilər? EKSPERT RƏYLƏRİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dövrdə sürətlə artan şəhər əhalisi və avtomobil sayı böyük şəhərlərdə, xüsusilə Bakıda, nəqliyyat sıxlığını ciddi problemə çevirib. Pik saatlarda yaranan tıxaclar həm vaxt itkisinə, həm də ətraf mühitin çirklənməsinə səbəb olur. Son illər bu problemlərin aradan qaldırılması məqsədilə yeni metro xətlərinin tikintisi və istifadəyə verilməsi gündəmə gəlib. Metro nəqliyyatının genişləndirilməsi bir tərəfdən şəhərdaxili hərəkətin rahatlaşmasına, digər tərəfdən isə ekoloji yüklənmənin azalmasına töhfə verə bilər. Bəs yeni metro xətlərinin istifadəyə verilməsi Bakıda nəqliyyat sıxlığını real olaraq azalda, şəhərin ekoloji vəziyyətini yaxşılaşdıra və şəhərsalma siyasətinə uzunmüddətli təsir göstərə bilərmi? SİA mövzu ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov və nəqliyyat eksperti Eldəniz Cəfərovun fikirlərini öyrənib.

Ümumiyyətlə, metropoliten — yəni metro — şəhərdaxili ictimai nəqliyyatın ən dayanıqlı, kütləvi və etibarlı növlərindən biridir. Hətta demək olar ki, metro ən komfortlu nəqliyyat vasitələrindən biridir deyə nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib: "Buna görə də dünyanın bütün ölkələrində, xüsusən də böyük şəhərlərdə və meqapolislərdə metro tikintisinə xüsusi diqqət yetirilir. Hətta Avropa ölkələrində belə bir konsepsiya mövcuddur: əhalisi 300 min olan, bəzən isə daha az əhali sayına malik şəhərlərdə belə metro şəbəkəsi qurulur. Bu, həm iqtisadi, həm də şəhərsalma baxımından olduqca sərfəlidir. Müasir şəhərlərdə ən qiymətli sərvət torpaqdır. Metro isə həmin bu ərazidən çox az istifadə edir — yalnız stansiyaların çıxışları yer səthində yerləşir. Metronun bütün infrastrukturu isə, adətən, 90 faizdən çox hallarda yerin altındadır və bu, şəhərsalma elementlərinə ciddi mane olmur. Məsələn, metro xətlərinin üstündə bina da tikilə, park da salına, sənaye müəssisələri və digər şəhər infrastrukturu layihələri də həyata keçirilə bilər. Bu səbəbdən dünyanın bir çox ölkələrində metronun inkişafına xüsusi yer ayrılır. Bakıda da bu məsələyə ciddi diqqət yetirilməlidir. Hər yeni metro stansiyasının açılması ictimai nəqliyyatda metronun payının artması, əlçatanlığın və şəhər mobilliyinin yaxşılaşması deməkdir. Metro həm iqtisadi, həm də sosial baxımdan çox əlverişli nəqliyyat vasitəsidir. Adətən, şəhərin sıx məskunlaşmış ərazilərində yerləşdiyi üçün əhalinin hərəkətliliyinin təmin edilməsində mühüm rol oynayır.

Bu ilin yanvar ayında qəbul olunmuş dövlət proqramına əsasən, yaxın 4–5 il ərzində Bakıda 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır. Bu layihə həm ekoloji, həm də ictimai nəqliyyatın inkişafı baxımından çox əhəmiyyətlidir. Metronun əsas üstünlüklərindən biri də odur ki, onun fəaliyyətə başlaması ilə yerüstü nəqliyyata olan ehtiyac azalır. İnsanlar avtobusdan, şəxsi avtomobildən və taksidən daha az istifadə edirlər ki, bu da tıxacların və hava çirkliliyinin azalmasına səbəb olur.

Metronun inkişafı üçün davamlı sərmayələr yatırılmalıdır. Avropa, Yaponiya və Çin kimi ölkələrdə Bakı qədər və ya daha çox əhalisi olan şəhərlərdə metro stansiyalarının sayı 200-ü keçib, bəzi yerlərdə isə 300-ə çatıb. Bu fakt göstərir ki, metro inkişaf etdikcə şəhərsalmaya və iqtisadi inkişafa müsbət təsiri də artır. Metro stansiyalarının ətrafında yeni şəhərsalma mühiti formalaşır — həyat canlanır, iqtisadi fəaliyyət artır, mənzil tikintisi və xidmət sektoru inkişaf edir. Təhsil ocaqları, sənaye müəssisələri və biznes strukturları da məhz metroya yaxın ərazilərdə yerləşməyə üstünlük verirlər. Çünki bu, həm işçilər, həm tələbələr, həm də vətəndaşlar üçün böyük rahatlıq yaradır. Beləliklə, metro ümumi şəhərsalmanın ayrılmaz və çox vacib infrastruktur elementidir. Bu sahəyə davamlı sərmayə yatırılmalı, metro şəbəkəsi genişləndirilməlidir ki, şəhər dinamik inkişaf etsin, mobillik artsın və insanların həyat keyfiyyəti yüksəlsin".

Nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında yeni metro stansiyalarının tikilməsi və istifadəyə verilməsi sərnişindaşımını yeni bir səviyyəyə yüksəldə bilər deyə qeyd edib. Onun sözlərinə görə, məhz bu məqsədlə dövlət proqramına uyğun olaraq artıq müşahidə edirik ki, Bakı Metropolitenində stansiyaların sayı artırılır, yeni depolar tikilir: "Bütün bunlar ona görə həyata keçirilir ki, ilk növbədə sərnişindaşımada qatarlar arasında intervallar azalsın və sərnişinlər bir stansiyadan digərinə daha rahat və vaxtında hərəkət edə bilsinlər. Metro şəhər mühiti üçün unikal nəqliyyat vasitəsidir və təbii ki, texnoloji baxımdan da təmiz nəqliyyat növü hesab olunur. Bu gün Bakı şəhərindən danışırıqsa, etiraf etmək lazımdır ki, paytaxt sakinləri hələ də fərdi nəqliyyat vasitələrinə üstünlük verirlər. Lakin metro stansiyalarının sayının artırılması insanların müəyyən qədər ictimai nəqliyyata yönəlməsinə səbəb ola bilər.

Metro layihələrinin icrasında ictimaiyyətin rəyi də nəzərə alınır. Metropoliten rəhbərliyi və əməkdaşlarla keçirilən görüşlərdə cəmiyyəti maraqlandıran suallar səsləndirilir, təkliflər qeyd olunur və bunların nəzərə alınması vacib sayılır. Məsul qurumlar da bu məsələyə anlayışla yanaşır, ictimai rəyin və təkliflərin layihələrin icrasında əksini tapmasına çalışırlar. Nəticə etibarilə, Bakı Metropoliteninin genişləndirilməsi həm sərnişin rahatlığına, həm də şəhərdaxili nəqliyyatın ekoloji və sosial baxımdan daha dayanıqlı inkişafına xidmət edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:272
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri