Icma.az
close
up
RU
Bakıda daha 8 bina söküləcək: kompensasiya veriləcək KONKRET

Bakıda daha 8 bina söküləcək: kompensasiya veriləcək KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzil fondunun yenilənməsi istiqamətində işlər aparılacaq”.

KONKRET.az baku.ws-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, rayonda ümumilikdə 8 binanın sökülməsi planlaşdırılır:

“Onların əksəriyyətini yataqxanalar təşkil edir. Binaların bir hissəsinin dövlət vəsaiti hesabına sökülməsi və sakinlərin köçürülməsi, boşalan ərazilərdə isə abadlıq işlərinin aparılaraq parkların salınması nəzərdə tutulur. Digər binaların söküntüsü və ərazidə yeni yaşayış binalarının inşası investorların vəsaiti hesabına həyata keçiriləcək.

Yenidənqurma işləri Elşən Süleymanov, Kamil Balakişiyev, Məmmədəli Şərifli, Rizvan Teymurov küçələrini, həmçinin Babək və Cəmşid Naxçıvanski prospektlərini əhatə edəcək.

Təqdim olunan məlumatda kompensasiya məbləğlərinin yaşayış sahələri üçün 2 000-2 800 manat, qeyri-yaşayış sahələri üçün isə təxminən 2 500-4 000 manat aralığında nəzərdə tutulduğu qeyd olunur”.

AQC sədri əlavə edib ki, söküntü və tikinti işlərinin mərhələli şəkildə aparılması planlaşdırılır:

“Layihələrin əsas məqsədləri köhnəlmiş binaların yenilənməsi, yaşıllıq sahələrinin artırılması və şəhər mühitinin yaxşılaşdırılmasıdır. Kompensasiya məbləğləri və konkret binalar üzrə köçürülmə şərtləri ilə bağlı yekun qərarlar müvafiq qurumların rəsmi açıqlamaları əsasında dəqiqləşdirilməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Oktyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri