Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Bakıda DƏHŞƏT: hərbçi kişini qətlə yetirdi, sonra anasının məzarına...

Bakıda DƏHŞƏT: hərbçi kişini qətlə yetirdi, sonra anasının məzarına...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Nəsimi rayonunda faizə pul verməklə məşğul olan 1983-cü il təvəllüdlü Zamiq Cəfərovu qətlə yetirmiş 2002-ci il təvəllüdlü Elvin Əsədovun məhkəməsi başa çatıb.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, Ağcabədi rayon sakini Elvin 2023-cü ilin ortalarında müxtəlif şəxslərə faizlə pul verməklə məşğul olan tanışı Zamiqdən anasının onkoloji xəstəliyi ilə bağlı yaranmış borclarını ödəmək üçün aylıq 20 faizə 2500 manat pul göütürb.

O, ailə vəziyyəti ilə əlaqədar pulu ödəmək imkanı olmadığından Zamiqdən vaxt istəyib. Telefon danışığı zamanı anası barəsində Zamiqin nalayiq ifadələr işlətməsi səbəbindən onu öldürmək qərarına gəlib.

Elvin kirayədə yaşadığı evdə saxladığı ov bıçağını götürüb, Zamiqə zəng edərək saat 21 radələrində görüşüb. Faiz borcu məsələsi ilə bağlı danışıq aparıb, bıçaqla ona çoxsaylı zərbələr vurub. Zamiq aldığı xəsarətlərdən ölüb.

İstintaq orqanı tərəfindən Elvinin barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Anası da sələmçidir”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, Daxili Qoşunların N saylı hərbi hissəsində MAXE, yəni müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu işləyib:

“Anti-terror əməliyyatının iştirakçısıyam. Anam 2023-cü ilin sentyabr ayında xərçəng xəstəliyindən vəfat etdi. Atam birinci Qarabağ Müharibəsinin iştirakçısıdır, dövlətdən 80 manat təqaüd alır. Evin böyük oğluyam. Kiçik qardaşım Kooperasiya Universitetində tələbəsidir. Ailəmlə bağlı maddi cəhətdən güc mənim üstümə düşür.

Zamiqi hadisədən 4 ay əvvəl Biləcəri qəsəbəsində sələmçi kimi tanımışam. Anası da sələmçidir, hamı onlarfı sələmçi kimi tanıyır”.

“400 manat faiz ödəməli oldum”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2023-cü ilin avqust ayının sonlarında anasının xəstəliyinə görə təcili pul lazım olduğundan Zamiqə zəng vurub: “O, hərbçi olduğumu bildi, məndən neçənci dəstədə qulluq etdiyimi soruşdu. Cavab verdikdən sonra Zamiq barəmdə məlumat toplamaq üçün şəxsiyyət vəsiqəmin surətini və xidməti vəsiqəmin şəkilini çəkərək vatsap vasitəsi ilə ona göndərməyimi istədi.

Sənədlərimin surətini telefonla göndərdim. On əqiqə sonra özü zəng edərək nə qədər pul lazım olduğunu soruşdu, 2500 manat istədim.

Təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərində Zamiq mənə aylığı 20 faiz olmaqla 2500 manat sələmə pul verdi. Aylıq ona 400 manat faiz ödəməli oldum.

Zamiqdən pulu hissə-hissə götürdüm. İlkin olaraq 400-500 manat götürmüşdüm. Sonra 1000 manat da götürdüm. Həmçinin aylıq ödənişi gecikdirəcəyim halda həmin məbləğin üzərinə əlavə faiz gələcəyi barədə də razılaşdıq.

Sonra anam vəfat etdi. Məzuniyyət və mükafat pulumu alaraq yanvar ayında borcumu verməyi planlaşdırdım”.

Elvin Əsədov qeyd edib ki, sentyabr ayında qardaşının 2200 manat təhsil haqqını ödəyib: “Bu səbəbdən Zamiqə olan borcum qaldı. O, tez-tez zəng vuraraq məndən pulunu tələb edirdi. Vəziyyəti izah etsəm də, o, fasiləsiz zəng vururdu. Atam bankdan borc pul götürərək ona qaytarmaq istəsə də, alınmadı. 2023-cü ilin oktyabr və noyabr aylarında da Zamiqə pul ödəyə bilmədim və ondan möhlət istədim”.

“Məni və anamı ağır söyüşlərlə təhqir etdi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonuncu dəfə 30 dekabr 2023-cü ildə Zamiq yenə zəng edib və borcunu tam ödəmək üçün ilin son günü, saat 13:00-dək vaxt verib, qaytarmayacağı halda onun iş yerinə zəng vuraraq şikayət edəcəyini deyib:

“Zamiqə pul məsələsi ilə əlaqədar hər gün zəng etdiyini, buna görə də sıxıldığımı, pulumu anamın xəstəliyinə xərcədiyimi, yanvarda borcumu qaytaracağımı dedim. Bunu dedikdə Zamiq məni və anamı ağır söyüşlərlə təhqir etdi. Borcu qaytarmam üçün səhəri günü saat 1-ə kimi vaxt verdiyini bildirərərk zəngi sonlandırdır.

Müharibədə psixoloji sarsıntılar keçirməyim və anamın vəfat etməsindən sarsıldığımdan təhqirlər məni qəzəbləndirdi. Buna görə Zamiqi öldürmək qərarına gəldim. Evdən bıçaq götürdüm, bıçağı cibimə yerləşdirmək üçün gödəkçəmin cibini cırdım. Zamiqə zəng etdim, pulu düzəltdiyimi dedim, olduğu yeri deməyini istədim. O, pulu karta atmağımı məsləhət bildi.

Zamiqə pulu əmimin gətirərək verəcəyini və bu barədə ona qəbz imzalatdıracağını söylədim. O da məkanı paylaşacağını və Memar Əcəmi dairəsində olacağını dedi.

Taksi çağıraraq Memar Əcəmi dairəsinə getdim. Zamiqin yanında iri cüssəli, tanımadığım başqa bir şəxs də vardı. Görüşəndə Zamiq pulu gətirib-gətirmədiyimlə maraqlandı. “Niyə söyüş söyürdün?” – deyə ona sual verdim. “Söhbət etməyə gəlmisən sən?” – o soruşdu.

Cavabda dedim ki, sənin valideyininə söysələr sən nəsə deməzsən? Cavabda qayıtdı ki, əşşi söymüşəm, bir də söyərəm, söhbət etmək istəyirsənsə, bura söhbət yeri deyil, otur maşına, gedək, mən sənə göstərərəm nə edərlər, sənin kimiləri mən çox görmüşəm.

Ona “mən sən gördüklərin adamlardan deyiləm” dedim. Zamiq yenə mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Dedim ki, mən sənə əməkhaqqı kartımı da zamin qoymağı təklif etmişdim, sən niyə belə elədin?

Zamiq yenə söyüş söymək istədikdə əvvəlcə bir bıçaq zərbəsilə ağzına vurdum. İkinci zərbə boğazına dəydi”.

“Tamah niyyətim olmayıb”

Elvin deyib ki, daha sonra Zamiqə neçə dəfə bıçaq zərbəsi vurduğunu xatırlamır: “Bıçağı vurduqdan sonra həmin yerdən uzaqlaşdım. Taksiyə minərək Ağcabədiyə anamın qəbrini ziyarət etdikdən sonra polisə təslim olmaq qərarına gəldim. Bundan başqa adını xatırlamadığım polis polkovniki zəng edərək harada olduğumu soruşdu. Mən qaçmaq niyyətində olmadığımı, anamın qəbrini ziyarət etdikdən sonra polisə təslim olacağımı dedim. Dediyim kimi də etdim.

Zamiqi öldürərkən tamah niyyətim olmayıb. 1885 manat əmək haqqı almışam. Qardaşımın təhsil haqqını ödəməsəm, Zamiqin pulunu verəcəkdim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Əsədov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Zərərçəkmiş Zamiq Cəfərovun hüquqi varisi, anasının mülki iddiası qismən təmin edilib. Vurulmuş mənəvi zərərlə bağlı 10000 manat təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılıb. İddia qalan hissədə təmin edilməyib.

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Zərərçəkmiş şəxsin də hüquqi varisi tərəfindən eyni tələblə şikayət verilib.

Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi də apellyasiya şikayəti verib. Müdafiəçi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Müdafiəçi təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində ən minimal cəza təyin olunmasını xahiş edib.

Tərəflərin şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə baxılıb.

Hakimlər heyəti tərəflərin şikayətini araşdırıb, sonda qərar veriblər. Dövlət ittihamçısının protesti təmin olunub. Elvin Əsədovun cəzası 14 ilə qədər artırılıb.

Zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti qismən təmin edilib.

Təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti təmin olunmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 May 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri