Icma.az
close
up
RU
Bakıda dəhşətli qatar faciəsinin pərdəarxası Nə baş verdi?

Bakıda dəhşətli qatar faciəsinin pərdəarxası Nə baş verdi?

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ötən gün Zabrat-2 stansiyasında baş verən dəhşətli hadisə bir sıra məsələləri yenidən gündəmə gətirib. Belə ki, 15 yaşlı yeniyetmə Nemət Hacıyev hərəkətdə olan qatarın qarşısına qəfil çıxaraq faciəvi şəkildə həlak olub. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafənin qısa olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb.

Məlumata görə, həmin ərazidəki yolüstü piyada keçidində lift işləmədiyindən vətəndaşlar dəmir yolunun üzərindən keçməyə məcbur olurlar. Hətta bəzi sakinlər təhlükəsizlik məqsədilə yerləşdirilmiş dəmir qoruyucuları sındıraraq özlərinə keçid yolu açıblar. Digər yolüstü keçidlərin əksəriyyətində isə ümumiyyətlə lift və eskalator yoxdur. Nəinki yaşlı insanlar, hətta gənclər belə bu cür dik və təhlükəli pilləkənlərdən istifadə etməyə maraq göstərmirlər.

Problemin həlli üçün hansı addımlar atılmalıdır? Kimlər məsuliyyət daşıyır?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, piyadalar yalnız xüsusi ayrılmış keçidlərdən istifadə etməlidirlər:

“Onlar anlamalıdırlar ki, avtomobildən fərqli olaraq, qatar sürücüsü ani reaksiya ilə nəqliyyatı dayandıra bilmir, yalnız müəyyən məsafədən sonra saxlaya bilir. Bu səbəbdən piyada özünü birbaşa ölüm təhlükəsinə atır. Təəssüf ki, ölkəmizdə piyada keçidləri ilə bağlı ciddi çatışmazlıqlar var. Bir çox yeraltı keçidlər alqı-satqı obyektlərinə çevrilib, vətəndaşların istifadə etməsi çətinləşib. Pandusların bucaqları düzgün nəzərə alınmayıb, çox dik və narahatdır”.

Eldəniz Cəfərov

Ekspert əlavə edib ki, piyada keçidləri işıqsız və qaranlıq vəziyyətdədir:

“Keçidlərin ətrafında məlumatverici nişanlar olsa da, piyadalar keçidə çatmamış – məsələn, 150 metr məsafədə xəbərdaredici nişanlar qoyulmur. Belə nişanların quraşdırılması, eyni zamanda qatarların sürət həddinin müəyyən ərazilərdə azaldılması, qəza hallarına xeyli təsir edə bilər. Bu məsələlər Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illəri əhatə edən dövlət proqramında da öz əksini tapıb. Buna əsasən, 2026-cı ilə qədər bütün piyada keçidlərindəki lift və eskalatorlar təmir olunaraq istifadəyə verilməlidir. Təəssüf ki, gecikmələr müşahidə olunur”.

Eldəniz Cəfərovun fikrincə, aidiyyəti qurumlar məsuliyyətlərini və üzərlərinə düşən vəzifələri yaxşı bilirlər:

“Sadəcə olaraq, üzərlərinə düşən öhdəlikləri icra etməlidirlər. Ümid edirəm ki, proqramın icrasına başlandıqdan sonra belə problemlər aradan qalxacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 May 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri