Xamenei İran ordusuna ABŞ və İsraillə bağlı göstəriş verdi
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
İranın ali dini lideri Müctəba Xamenei Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə görüşündə göstəriş verib ki, düşməndən gələn istənilən təhdidə coğrafi məhdudiyyətlər olmadan dərhal və effektiv cavab verilsin.
Yeniavaz.com xəbər verir ki, bu barədə ali liderin dəftərxanasının məlumatında bildirilir.
“İnqilabın ali lideri istənilən səviyyədə və formada təhdidə coğrafi məhdudiyyətlər olmadan dərhal və effektiv cavab verilməsi barədə göstəriş verib”, – məlumatda deyir.
“Öz növbəsində, hərbi komandanlar ölkənin Silahlı Qüvvələrinin Fars körfəzi sahillərində, Hörmüz boğazı və Oman körfəzi ətrafında, eləcə də sərhəd bölgələrində döyüş hazırlığı vəziyyətində olduğunu bildiriblər. Həmçinin sursat, kəşfiyyat, dəstək və döyüş vasitələrinin istehsalının dəfələrlə artırıldığı qeyd olunub”, - “Mehr” yazır.
Ali lider bildirib ki, düşmən yenidən hərbi və ya terror hücumlarına əl atarsa, müharibənin başa çatma vaxtını və şərtlərini İran Silahlı Qüvvələri və xalqı müəyyən edəcək.
Xamenei, həmçinin ABŞ və İsrailin maddi və qeyri-maddi aktivlərinin İran Silahlı Qüvvələrinin zərbə hədəfləri sırasına daxil edilməsi üçün hədəflər bazasının yenilənməsi barədə göstəriş verib.
Bu mövzuda digər xəbərlər:Xamenei ABŞ və İsraillə bağlı region ölkələrinə XƏBƏRDARLIQ ETDİ
30 Avqust 2026 14:03
Xamenei Qalibafla ABŞ və İsraillə münaqişəni müzakirə edib
21 Oktyabr 2026 20:54
Xamenei hicabla bağlı göstəriş verdi
26 Noyabr 2025 16:00
İran ABŞ a İsraillə bağlı ultimatum verdi
16 İyun 2025 17:40
Xamenei İsraillə 12 günlük müharibədən danışdı
16 İyul 2025 17:32
Baxış sayı:101
Bu xəbər 31 Oktyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















