Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Bakıda dəhşətli tıxaclar vəkillərin işini necə çətinləşdirir?

Bakıda dəhşətli tıxaclar vəkillərin işini necə çətinləşdirir?

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Bakıda müşahidə olunan ağır tıxaclar insanların gündəlik həyatına və iş rejiminə ciddi təsir göstərir.

Saatlarla davam edən yol sıxlığı yalnız işə gedib-gəlmək məsələsi deyil.

Problem xüsusilə gün ərzində müxtəlif ünvanlarda keçirilən məhkəmə iclaslarında, istintaq hərəkətlərində və digər hüquqi prosedurlarda iştirak etməli olan vəkillərin fəaliyyətində daha qabarıq görünür.

O cümlədən deputatlar da Milli Məclisin dünən keçirilən iclasına məhz bu səbəblərə görə gecikdiklərini ifadə ediblər.

Mövzu ilə bağlıGununsesi.info-ya danışan tanınmış vəkil Cavad Cavadov bildirib ki, paytaxtdakı nəqliyyat vəziyyəti vəkillərin də işini ciddi şəkildə çətinləşdirir:

“Təbii ki, Bakıda yaranan tıxaclar vəkillərin fəaliyyətinə də birbaşa təsir edir. Vəkilin bir gündə müxtəlif rayon məhkəmələrində, istintaq orqanlarında, penitensiar müəssisələrdə və digər dövlət qurumlarında iştirakı lazım ola bilər. Bəzən bir məhkəmə iclası bitəndən sonra digərinə çatmaq üçün kifayət qədər vaxt nəzərdə tutulsa da, real yol vəziyyəti buna imkan vermir”.

Onun sözlərinə görə, belə hallarda problem yalnız vəkilin şəxsi vaxt itkisi ilə məhdudlaşmır. Vəkilin məhkəmə iclasına gecikməsi və ya fiziki olaraq vaxtında çata bilməməsi iş üzrə tərəflərin, müvəkkillərin və bütövlükdə məhkəmə prosesinin də vaxt itkisinə səbəb ola bilər.

“Yeni reallığa uyğun məhkəmə modeli qurulmalıdır”

Cavad Cavadov hesab edir ki, nəqliyyat sıxlığı, böyük şəhərlərdə məsafələrin artması və müasir texniki imkanlar məhkəmə sisteminin də yeni reallığa uyğunlaşmasını zəruri edir:

“Bu gün texnologiyanın imkan verdiyi bir şəraitdə hər məhkəmə iclasında vəkilin mütləq fiziki olaraq məhkəmə binasında olmasını tələb etmək artıq həmişə səmərəli yanaşma deyil. Onlayn məhkəmə iclaslarının keçirilməsi ilə bağlı texniki imkanlar genişləndirilməli, “Elektron məhkəmə” sisteminə yeni funksiyalar əlavə olunmalı və zəruri hallarda qanunvericilik daha dəqiq şəkildə təkmilləşdirilməlidir”.

Vəkil bildirir ki, xüsusilə proses iştirakçısının şəxsən iştirakının obyektiv zərurət daşımadığı iclaslarda videokonfrans imkanından daha geniş istifadə etmək mümkündür.

“Məsələn, prosessual vəsatətə baxılırsa, sənədlə bağlı məsələ müzakirə edilirsə və yaxud vəkilin fiziki iştirakı sübutların bilavasitə araşdırılması baxımından xüsusi əhəmiyyət daşımırsa, onun videokonfrans vasitəsilə iştirakına şərait yaradılması həm məhkəmənin, həm vəkilin, həm də digər proses iştirakçılarının vaxtına qənaət edər”.

“Mövcud qanunvericilik də bunu tam istisna etmir”

Cavad Cavadovun fikrincə, məsələ yalnız gələcək qanun dəyişiklikləri ilə bağlı deyil:

“Mən hesab edirəm ki, indiki qanunvericilik də vəkilin müəyyən hallarda onlayn qaydada məhkəmə iclasına qoşulmasını qəti şəkildə istisna etmir. Problem daha çox bunun vahid və geniş tətbiq mexanizminin formalaşmamasındadır. Bəzi hallarda texniki imkan mövcud olur, bəzi hallarda isə eyni imkan praktikada istifadə edilmir”.

Onun sözlərinə görə, bu sahədə vahid qaydaların və aydın texniki prosedurun müəyyən edilməsi vacibdir:

“Vəkil elektron məhkəmə sistemindən iclasa videokonfransla qoşulmaq üçün əvvəlcədən müraciət edə bilməli, hakim həmin müraciətə sistem üzərindən baxmalı və qərar verməlidir. Razılıq verildiyi halda təhlükəsiz elektron keçid avtomatik yaradılmalıdır. Bu, texniki baxımdan mürəkkəb məsələ deyil”.

“Bir vəkil – bir gündə bir neçə məhkəmə”

Vəkilin sözlərinə görə, praktikada bir vəkilin eyni gün ərzində şəhərin müxtəlif istiqamətlərində bir neçə məhkəmə iclasında iştirakı adi haldır:

“Səhər Səbaildə, günorta Nərimanovda, daha sonra Suraxanı və ya Sabunçuda məhkəmə iclasınız ola bilər. Kağız üzərində iclaslar arasında bir saat və ya saat yarım fərq kifayət qədər görünür. Amma Bakının real yol şəraitində bu məsafəni vaxtında qət etmək bəzən mümkün olmur. Nəticədə vəkil ya məhkəmədən iclasın təxirə salınmasını xahiş etməli olur, ya da başqa işdə iştirakını təmin edə bilmir”.

Cavad Cavadov hesab edir ki, bütün məhkəmə proseslərinin onlayn keçirilməsi də doğru yanaşma olmaz.

Onun fikrincə, məsələ fiziki məhkəmə iclasını əvəz etmək deyil, alternativ iştirak imkanını genişləndirməkdir:

“Elə proseslər var ki, orada şəxsin və ya vəkilin zalda fiziki iştirakı vacibdir. Şahid dindirilir, mühüm sübut araşdırılır, müdafiə olunan şəxslə dərhal məsləhətləşmək lazımdır. Amma bütün iclasları eyni kateqoriyaya salmaq düzgün deyil. Sistem çevik olmalıdır”.

“Elektron məhkəməyə yeni funksiyalar təklif olunur”

Vəkil hesab edir ki, “Elektron məhkəmə” sistemində bir neçə praktik imkanın yaradılması məhkəmə proseslərinin daha çevik təşkilinə kömək edə bilər. Vəkilin sistem üzərindən onlayn iştirak üçün müraciət göndərməsi, hakimin bunu elektron qaydada təsdiqləməsi, iclas üçün fərdi videobağlantının yaradılması, elektron bildirişlərin operativ göndərilməsi və məhkəmə iclaslarının vaxtının dəyişməsi barədə proses iştirakçılarının dərhal məlumatlandırılması belə imkanlar sırasındadır.

Cavad Cavadov bildirib:

“Biz artıq məhkəmə sənədlərini elektron qaydada təqdim edirik, qərarları elektron sistemdən əldə edirik, dövlət rüsumlarını elektron ödəyirik. Növbəti məntiqli mərhələ müəyyən kateqoriya məhkəmə iclaslarında məsafədən iştirakı da adi və işlək mexanizmə çevirməkdir”.

“Tıxac şəhər problemidir, amma onun nəticəsini məhkəmə sistemi də nəzərə almalıdır”

Cavad Cavadov hesab edir ki, Bakıdakı nəqliyyat problemi məhkəmə sisteminin yaratdığı məsələ deyil. Lakin onun məhkəmə proseslərinə təsirini nəzərə almamaq da mümkün deyil:

“Tıxacın həlli məhkəmələrin işi deyil. Amma tıxacın yaratdığı reallığa məhkəmə sistemi uyğunlaşa bilər. Əgər texnologiya bizə vəkilin şəhərin digər başından təhlükəsiz şəkildə məhkəmə iclasına qoşulmasına imkan verirsə, niyə bu imkandan istifadə etməyək?”

Onun sözlərinə görə, məsafədən iştirak mexanizminin genişləndirilməsi təkcə vəkillərin rahatlığı məsələsi kimi təqdim edilməməlidir:

“Bu, ilk növbədə ədalət mühakiməsinin daha operativ təşkili, məhkəmə iclaslarının əsassız təxirə salınmasının azalması, vətəndaşın hüquqi yardıma çıxışının yaxşılaşdırılması və bütün proses iştirakçılarının vaxtına qənaət məsələsidir”.

Vəkilin fikrincə, müasir şəhər həyatı dəyişdikcə ədalət mühakiməsinin təşkilati modeli də dəyişməlidir:

“XXI əsrdə vəkilin bir məhkəmə zalından digərinə çatmaq üçün iki saat tıxacda qalması hüquqi prosesin zəruri elementi sayıla bilməz. Məhkəmə zalı qalmalıdır, canlı məhkəmə prosesi qalmalıdır, amma texnologiyanın verdiyi alternativlər də real işləməlidir”.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Sentyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri