Icma.az
close
up
RU
Bakıda nəqliyyat sıxlığı ekoloji mühiti çətinləşdirir Hibrid avtomobillərlə bağlı TƏKLİF

Bakıda nəqliyyat sıxlığı ekoloji mühiti çətinləşdirir Hibrid avtomobillərlə bağlı TƏKLİF

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Azərbaycanda hibrid və elektrik avtomobillərin gömrük rüsumundan azad olunması müddəti 2026-cı il yanvarın 1-də başa çatır. Bu avtomobillər son illərdə ölkədə sürətlə populyarlaşır və idxalı xərclərin azaldılması ilə təşviq olunurdu. Əgər bu güzəşt uzadılmasa, onların qiymətində artım gözlənilir. Eyni zamanda hibrid və elektrik avtomobillər yanacaq sərfiyyatını azaldır və ətraf mühitə minimal zərər verir, yəni ekoloji cəhətdən müsbət təsir göstərir. Bu isə şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşmasına və karbon emissiyalarının azalmasına kömək edir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Vergi Məcəlləsinə əsasən hibrid avtomobillərə tətbiq olunan güzəştlər 2026-cı ilin yanvarın 1-də başa çatır:

"Növbəti aylarda həmin güzəştlərin uzadılıb-uzadılmayacağı bəlli olacaq. Gözlənilir ki, payız aylarında Vergi Məcəlləsinə dəyişikliklər layihəsi müzakirəyə çıxarılacaq. Mütəmadi olaraq vergi məcəlləsi müasir çağırışlara və biznesdən gələn təkliflərə uyğun olaraq dəyişdirilir və təkmilləşdirilir. Bu kontekstdə, güzəştin uzadılıb-uzadılmayacağı payız aylarında bəlli olacaq. Güzəştin uzadılmasını tövsiyə edirik, lakin əgər uzadılmazsa, ölkəyə idxal edilən hibrid avtomobillərin xərclərinə təsir edəcək. Hal-hazırda bazar vəziyyəti fərqlidir. Son monitorinqlər göstərir ki, son bir ayda, xüsusən Asiyadan gətirilən hibrid avtomobillərin satışında durğunluq müşahidə olunur və onların qiymətlərində azalmalar qeydə alınıb. Əgər güzəşt müddəti uzadılmazsa, idxal edilən avtomobillərin xərci və qiyməti artacaq. Xərc artımı praktik olaraq qiymətə təsirsiz ötüşmür. Xüsusən Avropadan idxal olunan yeni hibrid avtomobillərin xərci və qiymətində artımlar müşahidə oluna bilər".

Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Redaktor.az-a bildirdi ki, hibrid, plagin-hibrid avtomobilləri və elektriklə işləyən avtomobillərlə bağlı güzəşt limiti 2026-cı ilin yanvarın birində vaxtı çatır. Onun sözlərinə görə, bu idxal olunan avtomobillər əlavə dəyər vergisindən (ƏDV) azad edilmişdi:

"Bu müddətin artırılması ilə bağlı Milli Məclisdə bəzi dəyişikliklər var ki, gələn ay müzakirə olunacaq. Ola bilər artırılsın, ola bilər dayandırılsın. Ancaq dayandırılması Azərbaycanda sürətlə artan hibrid və elektrik avtomobillərinin sayına təsir edəcək. Çünki bu avtomobillər artıq dünyanın bir çox ölkələrində sürətlə dövriyyəyə çıxır. Məsələn, Çin avtomobil nəqliyyatının 40%-i, Norveçdə isə 30%-i elektrik və hibrid vasitələrdən ibarətdir və digər ölkələrdə də bu artım davam edir. Bu avtomobillərin tətbiqi yanacaq istehlakını azaldır, benzindən və dizeldən istifadəni minimuma endirir və ətraf mühitə müsbət təsir göstərir. Belə ki, 1 litr yanacaq yanarkən ətrafa 2,5 kiloqram CO2 atılır. Elektrik avtomobillərin istifadəsi zamanı isə bu göstərici dəfələrlə aşağıdır, çünki 1 kilovat-saat elektrik enerjisinin istehsalı üçün təxminən 500 qram CO2 əmələ gəlir. Bununla yanaşı, azot oksidləri, kükürd oksidləri və digər zəhərli maddələrin həcmi də azalır".

Ekspert əlavə etdi ki, Gürcüstanda elektrik və hibrid avtomobillərin idxalına tətbiq olunan vergilər 50%-dək azaldılıb və onların sayı sürətlə artır. Sadiq Həsənovun fikrincə, Azərbaycan isə bu istiqamətdə güzəştləri artırmalı, müddətini uzatmalı və əlavə dəstək verməlidir ki, elektrik və hibrid avtomobillərinin sayı artsın.

"Son 3-4 ilin statistikası göstərir ki, hibrid və elektrik avtomobillərin sayı, xüsusən elektrik avtomobillərin sayı əhəmiyyətli dərəcədə artıb. Əvvəllər, məsələn, 2020-2021-ci illərdə 400-500 ədəd idisə, indi bu rəqəm 10 minə çatmaq üzrədir. Bu sayın artması ətraf mühitə təsir baxımından faydalı ola bilər.

Onunla bağlı mənim bir elmi məqaləm var. Araşdırma aparmışıq və bu məqalə beynəlxalq jurnalda dərc olunub. Orada bizim hesablamalarımıza görə, əgər 2030-cu ilə qədər bu güzəştlər davamlı olsa, elektrik və hibrid avtomobillərin sayı əhəmiyyətli dərəcədə artacaq və Azərbaycanın avtomobil parkında 20%-ə qədər paya malik olacaq. Bu isə emissiyaların həcminin azalması deməkdir. Yəni bu, çox əhəmiyyətli bir addımdır. Eyni zamanda yanacaq istehlakı azalacaq və bu da ixrac potensialını artıra bilər. Burada həm iqtisadi amillər, həm də ekoloji təsir mövcuddur. Məsələn, xüsusilə nəqliyyat sektoru mobil olduğuna görə, şəhərlərdə, eləcə də Bakı şəhərində müşahidə olunan nəqliyyat sıxlığı ekoloji mühiti çətinləşdirir. Bu, nəqliyyat sıxlığına ciddi təsir etməsə də, ekoloji mühitin və iqtisadi amillərin güclənməsinə təkan verən amildir. Düşünürəm ki, Azərbaycan hökuməti, Milli Məclis həmin qərarın uzadılmasına dəstək verəcəkdir", - deyə ekoloq fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Sentyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri