Icma.az
close
up
RU
Bakıda dəyişkən iş qrafiki: yolda keçən vaxt nə qədər azalacaq?

Bakıda dəyişkən iş qrafiki: yolda keçən vaxt nə qədər azalacaq?

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Bakıda 2026-cı ildən dəyişkən iş qrafikinin tətbiq olunacağı bildirilir. 

Bu nəqliyyat sıxlığının azaldılması istiqamətində mühüm addım hesab olunur. Dövlət Proqramına əsasən, dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər təşkilatların fərqli saatlarda fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu yanaşmanın əsas məqsədi bütün iş yerlərinin eyni vaxtda fəaliyyətə başlamasının qarşısını almaq və şəhərdə sərnişin axınını daha balanslı şəkildə bölüşdürməkdir.

Nəqliyyat məsələləri üzrə ekspert Fuad Əliyev Milli.Az-a bildirib ki, dəyişkən iş qrafiki ilk növbədə yol-nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərə bilər.

"Hazırda səhər və axşam saatlarında minlərlə insanın eyni vaxtda hərəkət etməsi yollarda və ictimai nəqliyyatda ciddi yüklənmə yaradır. İş saatlarının fərqləndirilməsi isə bu yükün gün ərzində daha bərabər paylanmasına imkan verə bilər. Bu modelin digər üstünlüyü ictimai nəqliyyatda rahatlığın artmasıdır. Metro və avtobuslarda sıxlığın azalması sərnişinlərin daha komfortlu və təhlükəsiz şəkildə hərəkət etməsinə şərait yarada bilər. Eyni zamanda, vətəndaşların tıxaclarda daha az vaxt itirməsi onların gündəlik həyat keyfiyyətinə və iş məhsuldarlığına müsbət təsir göstərə bilər."

Ekspert bildirib ki, beynəlxalq təcrübə də göstərir ki, dəyişkən iş qrafiki tətbiq olunan şəhərlərdə nəqliyyat axınının idarə olunması daha səmərəli təşkil edilir.

"Bununla yanaşı, yanacaq sərfiyyatının və nəqliyyat xərclərinin azalması kimi iqtisadi üstünlüklər də əldə olunur. Sistemin tətbiqi Bakıda tıxac probleminin yumşaldılması və şəhər həyatının daha rahat təşkil olunması baxımından əhəmiyyətli yenilik hesab olunur."

F.Əliyev qeyd edib ki, iş qrafiki dəyişilərsə qənaət ediləcək vaxt yaşayış yerindən, iş marşrutundan və nəqliyyat növündən asılı olaraq dəyişəcək.

"Bununla belə, beynəlxalq təcrübə və Bakıdakı mövcud nəqliyyat vəziyyəti göstərir ki, dəyişkən iş qrafiki tətbiq olunarsa, bir çox vətəndaş gündəlik yolda keçirdiyi vaxtı azalda bilər. Hazırda Bakıda pik saatlarda bəzi marşrutlarda tıxaclar səbəbindən səfər müddəti adi vaxtla müqayisədə 20-40 dəqiqə, bəzi hallarda isə daha çox artır. İş saatlarının fərqli vaxtlara bölünməsi nəqliyyat axınını bərabərləşdirə bilsə, orta hesabla insanların bir istiqamətdə 10-20 dəqiqə, gediş-gəliş üzrə isə gündə 20-40 dəqiqə vaxt qazanması mümkündür".

Ayxan

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 İyun 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri