Icma.az
close
up
RU

Bakıda Dini Liderlərin Qlobal Sammitinin açılışı olub FOTO YENİLƏNİB

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Bakıda Dini Liderlərin Qlobal Sammitinin açılışı olub.

APA xəbər verir ki, Sammit Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Ardınca müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Sammit iştirakçılarını salamlayaraq bütün qonaqlara minnətdarlığını bildirib, COP29 ərəfəsində Dini Liderlərin Qlobal Sammitinin Bakıda keçirilməsinin əhəmiyyətindən söhbət açıb, Sammitin məqsədlərindən bəhs edib: “Uca Yaradana xoş gedən insan həmrəyliyi məramına xidmət edən qlobal ideyaları ilə dünyada tanınan dövlət rəhbərimiz Prezident İlham Əliyev cənablarının bugünkü tədbirimizin ərsəyə gəlməsində böyük rolu danılmazdır. Dünya Dini Liderlərinin Sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda Böyük Zəfərdən sonra ilk dəfə keçirilən bugünkü Sammit dünyanı narahat edən iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi məramına xidmət edir”.

Sammitdə iştirak edən Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciətini diqqətə çatdırıb.

Daha sonra BMT-nin baş katibi Antonio Quterreşin videomüracəti olub. O, dini liderlərin fəaliyyətinin iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təşviqi və iqlim ədalətinin əldə edilməsi üçün vacib olduğunu bildirib.

Sammitdə çıxış edən Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirib ki, Azərbaycan iqlim dəyişikliyinin təsirlərindən ən çox məruz qalan icmalarla dialoqu genişləndirmək məqsədilə “COP29 – İqlim və Sülh” Təşəbbüsünü irəli sürüb: “Bundan əlavə, COP29 Sədrliyi tərəfindən irəli sürülən İqlim Fəaliyyəti naminə Su təşəbbüsü, iqlim dəyişikliyinin su hövzələrinə təsirlərini azaltmaq üçün inteqrasiya olunmuş yanaşmaların qəbulunu və milli iqlim siyasətində adaptasiya tədbirlərinin gücləndirilməsini hədəfləyir. Bu yanaşma, xüsusilə həssas icmaların su təhlükəsizliyini təmin etmək və iqlim təsirlərinə uyğunlaşmalarına dəstək olmaqla, iqlim dəyişikliyinə adaptasiya sahəsindəki digər təşəbbüslərlə sıx əlaqəlidir”.

Açılış mərasimində Türkiyə, Özbəkistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Misir və digər ölkələrin dini rəsmiləri çıxış edərək iqlim dəyişiklikləri və ekoloji problemlərlə mübarizədə dini çağırışların əhəmiyyətindən bəhs ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Dini Liderlərin Qlobal Bakı sammitinin dünyaya verəcəyi mesajın gələcək təhlükələri dəf etmək üçün son dərəcə mühüm əhəmiyyətə malik olacağını bildirib: “Bu mesajın bir hissəsi beynəlxalq münasibətlər sisteminin subyektlərinə çağırış ola bilər. Çünki qlobal istiləşmənin fəsadlarını azaltmaq üçün dövlətlərin və beynəlxalq təşkilatların daha gərgin işləməsinə ehtiyac var.

Dini liderlərin sammiti, inanclı insanlara tanrının yaratdıqlarını qorumağın vacibliyini bir daha xatırladacaq. Harada yaşamağımızdan, dini əqidəmizdən asılı olmayaraq özümüzün və övladlarımızın gələcəyini qorumaq üçün hər birimizi qlobal iqlim dəyişiklikləri ilə mübarizədə iştiraka dəvət edəcək”.

Açılış mərasiminin sonunda çıxış edən Şeyxülislam Allahşükür Paşazadə insan həyatına təhlükələrin, beynəlxalq sabitliyə təhdidlərin artdığı müasir dövrdə ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb: “Bu zərurəti dəyərləndirən COP29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri dərindən tədqiq ediləcəkdir. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Yaşıl Dünya naminə Həmrəylik İlinin elan edilməsi dəyərli qlobal təşəbbüsdür və planetin gələcəyi naminə həmrəyliyə xidmət edir. Bildiyiniz kimi, külək və günəş enerjisində böyük potensiala malik olan ölkəmiz artıq alternativ enerji mənbələrini inkişaf etdirir, Avropanın və digər ölkələrin enerji təhlükəsizliyini təmin edir, yaşıl elektrik enerjisinin istehsalı üzrə qlobal layihələr hazırlayır. Bütün bu layihələr və nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin planetin iqlimini qorumaq yönündə davamlı əməli fəaliyyəti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəyərli səyləri ilə qırılmaz şəkildə bağlıdır”.

Qeyd edək ki, “Gülüstan” sarayında keçirilən sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, ümumən, 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən nüfuzlu dini mərkəzlərin başçıları — patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri iştirak edir. “Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Bakı Sammiti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə təşkil olunub. Sammitin tərəfdaşları qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir.

Xatırladaq ki, sammit 5-6 noyabr tarixlərini əhatə edəcək. Eyni zamanda, xarici qonaqların erməni işğalından azad edilən ərazilərə səfəri də nəzərdə tutulub.

***

09:08

Bakıda Dini Liderlərin Qlobal Sammitinin açılışı olub.

APA xəbər verir ki, “Gülüstan” sarayında keçirilən sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, ümumən, 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən nüfuzlu dini mərkəzlərin başçıları — Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri iştirak edir.

Dini liderlərinin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda COP 29 çərçivəsində budəfəki Sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin — iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır.

Qeyd edək ki, “Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Bakı Sammiti Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə təşkil olunub. Sammitin tərəfdaşları qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir.

Xatırladaq ki, sammit 5-6 noyabr tarixlərini əhatə edəcək. Eyni zamanda, xarici qonaqların erməni işğalından azad edilən ərazilərə səfəri də nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Noyabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri