Icma.az
close
up
RU
Bakıda ərəb dili üzrə beynəlxalq təlim proqramının bağlanış mərasimi olub

Bakıda ərəb dili üzrə beynəlxalq təlim proqramının bağlanış mərasimi olub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Bakıda İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO)-nun Bakıdakı Regional Ofisi, Sultan bin Əbdüləziz Al Səud Fondu və Bakı Avrasiya Universitetinin əməkdaşlığı ilə “Sultan bin Əbdüləziz Əl Səud Beynəlxalq Dil Təlimi Proqramı – Mərkəzi Asiya və Qafqazda Ərəb Dili” layihəsinin bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ICESCO-nun Bakıdakı Regional Ofisinin direktoru Əbdülhəkim Fəhad Əl-Sinan, Sultan bin Əbdüləziz Al Səud Fondunun baş direktoru Əbdüləziz Xolaifi, Məcdi bin Hacı İbrahim, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ICESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Fərrux Cumayev çıxış ediblər.

Tədbirin moderatoru Məryəm Qafarzadə olub.

İştirakçılar proqramın nəticələrini və onun regionda təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələri nəzərdən keçiriblər. Həmçinin təşəbbüsün icrasına həsr olunmuş “Ərəb dilinin səyahəti” adlı videoçarxı izləyib, xatirə hədiyyələri bölüşüb və layihənin uğurla başa çatması münasibətilə birgə fotoşəkil çəkdiriblər.

Azərbaycandakı təlim sessiyaları və seminarlar iyunun 17-19-da Bakı Avrasiya Universitetində təşkil olunub. Təlim sessiyaları ərəb dilinin tədrisinə müasir yanaşmaları, innovativ metodologiyaları və rəqəmsal təhsil vasitələrini araşdırmaq üçün müəllim və mütəxəssisləri bir araya gətirib.

Proqram Sultan bin Əbdüləziz Əl Səud Fondu, ICESCO və ICESCO-nun Bakıdakı Regional Ofisi tərəfindən regionun aparıcı ali təhsil müəssisələri, o cümlədən Bişkek Dövlət Universiteti, Ufa Rusiya İslam Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Bakı Dövlət Universiteti və Bakı Avrasiya Universiteti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilib. Təlim sessiyaları, seminarlar və maarifləndirici tədbirlər Mərkəzi Asiya və Qafqazın bütün iştirakçı ölkələrində uğurla təşkil olunub.

Proqramın həmtəşkilatçısı və ev sahibi qismində çıxış edərək, ICESCO-nun Bakıdakı Regional Ofisi təhsildə mükəmməlliyi, mədəniyyətlərarası dialoqu və regional əməkdaşlığı təşviq edən təşəbbüsləri dəstəkləməkdə davam edir. Ofis, ICESCO-nun baxış və missiyasına uyğun olaraq, təhsil, mədəniyyət və dayanıqlı inkişafın tərəqqisi naminə çalışan təhsil müəssisələri, dövlət qurumları və beynəlxalq təşkilatlarla tərəfdaşlığa hər zaman açıqdır.

Müxbir - Gülay Nəzərova

Fotomüxbir - Orxan Kərimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 İyun 2026 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri