Icma.az
close
up
RU
Asif İbrahimov: “Mənzil sosial ehtiyacdan əlçatmaz maliyyə məhsuluna çevrilir”

Asif İbrahimov: “Mənzil sosial ehtiyacdan əlçatmaz maliyyə məhsuluna çevrilir”

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 226,3 milyon manat kredit verilib.

Bizimyol.info Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 39,7 % azalaraq 131,6 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 39,4 % azalaraq 200 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 42,6 milyon manat olub.

İKZF xətti ilə verilən kreditlərin azalmasının səbəbləri nələrdir?

Bu tendensiya mənzil bazarına, qiymətlərə necə təsir göstərəcək?

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, maaş artımı ilə mənzil qiymətlərinin artımı arasında ciddi fərq yaranıb: “İKZF xətti ilə verilən ipoteka kreditlərinin azalması təsadüfi deyil. Bu, həm maliyyələşmə imkanlarının daraldığını, həm də mənzil bazarında əlçatanlıq probleminin dərinləşdiyini göstərən siqnaldır.

Düşünürəm ki, birinci səbəb ondan ibarətdir ki, mənzil qiymətləri son illərdə əhalinin gəlirlərindən daha sürətlə artıb. Maaş artımı ilə mənzil qiymətlərinin artımı arasında ciddi fərq yaranıb. Nəticədə ipoteka almaq istəyən insanların böyük hissəsi artıq ilkin ödənişi toplamaq və aylıq ödənişləri qarşılamaq imkanını itirir. Gəlin sual edək, Azərbaycanda mənzilin bir kvm qiyməti ortalama əmək haqqından 2-3 dəfə çoxdursa, bu necə olmalı idi ki?

İkinci səbəb Fondun maliyyə imkanlarının zəifləməsidir. Yenidən maliyyələşdirilən kreditlərin təxminən 40 faiz, istiqraz buraxılışı hesabına cəlb olunan vəsaitin isə yenə təxminən 40 faiz azalması onu göstərir ki, ipoteka bazarına əvvəlki qədər resurs daxil olmur. Resurs azalanda verilən kreditlərin həcminin də azalması qaçılmazdır”.

Asif İbrahimov deyib: “Ən ciddi problem isə budur ki, Azərbaycanda ipoteka sistemi bazarın real tələbatını qarşılamır. Minlərlə ailə illərlə növbədə qalır, gənclər isə yüksək mənzil qiymətləri səbəbindən ev sahibi olmaq imkanını itirirlər. Mənzil artıq sosial ehtiyacdan çox, əlçatmaz maliyyə məhsuluna çevrilir. İpoteka və Kreditlərə zəmanət fondunun saytına daxil olsanız görəcəksiniz ki, bu illər ərzində fondun verdiyi güzəştli ipoteka krediti 59 mindir. Bu da heç Azərbaycan əhalisinin 1 faizi etmir. Bu o deməkdir ki, hardasa nəyisə, səhv edirik və xəstəlik artıq xronikidir”.

Asif İbrahimov vurğulayıb: “Bu proses mənzil bazarına necə təsir edəcək sualınıza isə onu deyə bilərəm ki, qısamüddətli dövrdə ipoteka hesabına mənzil alanların sayı azala bilər. Lakin bu, qiymətlərin ciddi ucuzlaşacağı anlamına gəlmir. Çünki Azərbaycanda mənzil bazarında əsas problem tələbin çoxluğu deyil, təklifin məhdudluğu, tikinti xərclərinin artması və bazarda rəqabətin kifayət qədər olmamasıdır.

Əgər mənzil təklifi artırılmasa, rəqabətli tikinti mühiti formalaşdırılmasa və əhalinin gəlirləri yüksəlməsə, ipoteka kreditlərinin azalması qiymətləri əhəmiyyətli şəkildə aşağı salmayacaq. Sadəcə, ev ala bilənlərin sayı azalacaq.

Ən narahatedici məqam odur ki, uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, İpoteka və Kredit Zəmanət Fondu mənzil əlçatanlığı problemini sistemli şəkildə həll edə bilməyib”.

Asif İbrahimov əlavə edib: “Bu gün Fond vasitəsilə ev sahibi olanların sayı ölkənin ümumi əhalisi ilə müqayisədə çox kiçikdir. Bu isə göstərir ki, mövcud model geniş əhali kütləsinin ehtiyacını ödəmir.Mənzil siyasətinin əsas məqsədi statistik göstəriciləri yaxşılaşdırmaq deyil, gənc ailələrin və orta gəlirli vətəndaşların real şəkildə ev sahibi olmasını təmin etmək olmalıdır. Əgər hər il ipoteka resursları azalır, mənzil qiymətləri isə artırsa, deməli, problem təkcə maliyyələşmədə deyil, bütövlükdə mənzil siyasətindədir”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Avqust 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri