Icma.az
close
up
RU
Bakıda evlərin ən bahalı olduğu küçələr Kvadratı 9600 MANAT...

Bakıda evlərin ən bahalı olduğu küçələr Kvadratı 9600 MANAT...

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi Bakının 12 rayonundan 11-də müxtəlif küçə və prospektlərdə mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb.

Modern.az xəbər verir ki, bu barədə Birlikdən məlumat verilib.

Araşdırma zamanı yeni və köhnə tikililər arasında kəskin qiymət fərqləri müəyyən edilib.

Bakının Səbail rayonunun ən bahalı ərazisi Neftçilər prospektidir. Bu prospektdə 1 kvadratmetr mənzilin orta qiyməti 9 640 manatdır. Həm yeni, həm də köhnə tikililərdəki mənzillər üzrə liderlik də Neftçilər prospektindədir. Müvafiq olaraq 9 629 manatla və 9 650 manatla.

Bakının Yasamal rayonunun ən bahalı ərazisi Bəsti Bağırova küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 635 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də Bəsti Bağırova küçəsindədir. Müvafiq olaraq 3 985 manatla və 3 285 manatla.

Bakının Nəsimi rayonunun ən bahalı ərazisi 28 may küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 827 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 4 175 manatla rayonun Hənifə Ələsgərova küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 918 manatla Nizami küçəsindədir.

Bakının Xətai rayonunun ən bahalı ərazisi Xocalı prospektidir. Bu prospektdə 1 kvadratmetr mənzilin orta qiyməti 3 199 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 3 408 manatla rayonun Nəcəfqulu Rəfiyev küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 050 manatla elə Xocalı prospektindədir.

Bakının Nərimanov rayonunun ən bahalı ərazisi Həsənoğlu küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 574 manatdır. Elə yeni tikililərdəki mənzillər üzrə liderlik 3 980 manatla rayonun Həsənoğlu küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 280 manatla Şah İsmayıl Xətai prospektindədir.

Bakının Nizami rayonunun ən bahalı ərazisi Qara Qarayev prospektidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 818 manatdır. Elə yeni tikililərdəki mənzillər üzrə liderlik 3 025 manatla Q.Qarayev prospektində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 2 630 manatla Elşən Süleymanov küçəsindədir.

Bakının Suraxanı rayonunun ən bahalı ərazisi Zahid Əliyev küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 2 113 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlik də rayonun Z.Əliyev küçəsindədir. Müvafiq olaraq, 2 230 manatla və 1 995 manatla elə Zahid Əliyev küçəsindədir.

Bakının Sabunçu rayonunun ən bahalı ərazisi Oskar Əfəndiyev küçəsidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 401 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də O.Əfəndiyev küçəsindədir. Müvafiq olaraq 2 562 manatla və 2 239 manatla.

Bakının Binəqədi rayonunun ən bahalı ərazisi İbrahimpaşa Dadaşov küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 2 813 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də İbrahimpaşa Dadaşov küçəsindədir. Müvafiq olaraq 2 916 manatla və 2 710 manatla.

Bakının Xəzər rayonunun ən bahalı ərazisi Mərdəkan şossesidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 005 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlik də rayonun Mərdəkan şossesindədir. Müvafiq olaraq 2 140 manatla və 1 845 manatla.

Bakının Qaradağ rayonunun ən bahalı ərazisi Seymur Orucov küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 1 842 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 1 990 manatla rayonun Zahid Qasımov küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 1 750 manatla elə S.Orucov küçəsindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 May 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri