Icma.az
close
up
RU
Bakıda “Faiq Əhməd: 2011 2024 cü illər dövrü” adlı sərgi açılıb

Bakıda “Faiq Əhməd: 2011 2024 cü illər dövrü” adlı sərgi açılıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Əməkdar rəssam Faiq Əhmədin yaradıcılığını əks etdirən sərgidə yer alan unikal xalçaların əksəriyyəti ilk dəfə ölkəmizdə nümayiş olunub.

Tədbirdə çıxış edən muzeyin direktoru Əminə Məlikova sərginin əhəmiyyətindən danışıb. O qeyd edib ki, ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşması ilə tanınan müasir rəssam Faiq Əhməd bu qədim sənət növünü müasir düşüncə, fəlsəfə və texnologiya ilə harmonik şəkildə birləşdirib. “Təqdim edilən əsərlər bundan əvvəl ABŞ-ın Havay, Kaliforniya ştatlarının, Nyu Orlean şəhərinin, Niderland, İsveç və digər ölkələrin nüfuzlu muzeylərində nümayiş etdirilib. Bu sərgidə, həmçinin “Sosial anatomiya” (2016) və “Sən bir sirsən” (2024) adlı videoçarxlar da yer alıb. Almaniyada işıq üzü görmüş “Faig Ahmed” adlı yeni kitabın təqdimatı da reallaşacaq”, - deyə Ə.Məlikova əlavə edib.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov rəssamın yaradıcılığını yüksək qiymətləndirib. Bu sərgini uzun müddətdir gözlədiyini diqqətə çatdıran C.Səlimxanov deyib: “Faiq Əhməd qeyri-adi düşüncəyə və yaradıcılığa sahib sənətkardır. O daim dünya trendlərini izləyir və öz üzərində işləyir. Onun 13 illik fəaliyyətinin bəhrəsini burada görürük. Bu əsərlər müasir incəsənət anlayışımıza töhfə verir. Dünyada Azərbaycanın mədəni brendinə çevrilən sənətkarın işlərində həm kompüter texnologiyası, həm də insan əməyinin harmoniyasını görürük. Müəllifin əsərləri indiyədək Heydər Əliyev Mərkəzi (Bakı), De Young İncəsənət Muzeyi (San-Fransisko), Birminhem İncəsənət Muzeyi (Alabama), Çikaqo İncəsənət İnstitutu, Los-Anceles İncəsənət Muzeyi və digər mötəbər mədəniyyət müəssisələrinin kolleksiyalarına daxil edilib”.

Əməkdar rəssam Faiq Əhməd isə yaradıcı komandasının əməyini xüsusi vurğulayaraq təşəkkürünü bildirib.

Daha sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgi dekabrın 30-dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Sentyabr 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri