Bakıda fəaliyyəti qadağan edilmiş cərrahla bağlı ARAŞDIRMA APARILIB Klinika CƏRİMƏLƏNİB
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Analitik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsinə bundan əvvəl də daxil olmuş vətəndaş müraciəti əsasında "Mayomed" özəl tibb müəssisəsində tibb təhsili olmayan Nihad Aslanov tərəfindən göstərilən kosmetoloji tibbi xidmətlə bağlı araşdırma aparılıb".
Bu barədə Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, klinika inzibati qaydada məsuliyyətə cəlb olunub:
"Aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib və cərimələr tətbiq olunub. Daha sonra klinika tərəfindən Nihad Aslanovun həmin müəssisədə əmək fəaliyyətində olmadığı barədə rəsmi məlumat təqdim edilib".
"Yeni yayılan videogörüntülərdə əks olunan qanun pozuntusu və Nihad Aslanov barəsində müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət ediləcək", - deyə məlumatda bildirilib./Oxu.az


