Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub YENİLƏNİB
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 24 sentyabr, AZƏRTAC
Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sərbəst yürüş başa çatıb.
AZƏRTAC xəbər verir ki, 45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəyə “Art Grand Prix”in hindistanlı pilotu Kuş Maini imza atıb.
"Rodin" komandasından irlandiyalı pilot Aleks Dan ikinci, “Campos”un sürücüsü Nikola Tsolov üçüncü olub.
Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.
Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.
10:01
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.
AZƏRTAC xəbər verir ki, yürüş 45 dəqiqə davam edəcək. Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.
Saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.
Fotoqraflar – Tofiq Babayev, İlkin Cavanşirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 24 Sentyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















