Icma.az
close
up
RU
Bakıda satıcı müştərini kürəyindən bıçaqladı TƏFƏRRÜAT

Bakıda satıcı müştərini kürəyindən bıçaqladı TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakının Xəzər rayonunda 1994-cü il təvəllüdlü Mirzəhüseyn Qurban Abbasova xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini olan təqsirləndirilən şəxs ötən ilin mayın 25-də, saat 18:30-da satıcı işlədiyi Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə yerləşən adsız marketə sərxoş vəziyyətdə gəlmiş alıcı Qurbanın təqdim etdiyi 1 ədəd 50 manatlıq pul əskinasını xırdalamaqdan imtina edib. 
Q.Abbasovun söyüşlərini dayandırmaq üçün onu qolundan tutaraq marketdən çölə çıxarıb. Bu zəmində aralarında baş vermiş sözlə mübahisə istintaqa məlum olmayan kənar şəxslər tərəfindən sakitləşdirilib. 
Daha sonra zərərçəkmiş şəxsin onun ünvanına söyüşlərini davam etdirməsi səbəbindən işlədiyi marketdə piştaxtanın altında olan kolbasa doğramaq üçün istifadə etdiyi bıçağı götürüb və həmin marketin qarşısına çıxıb. Burada həmin bıçaqla zərərçəkmiş şəxs qəsdən ani olaraq 1 dəfə kürək nahiyyəsindən vurub. 
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Qala qəsəbəsində stansiya adlanan yerdə marketdə işləyir:
“Hadisə axşamüstü baş verib. Həmin vaxt bir nəfər marketə daxil oldu, əlində olan 50 manatı uzadaraq xırdalamağımı istədi. Mən isə xırda olmadığından həmin pulu xırdalamadım. Bu zaman həmin adam deyinməyə başladı, mənim yalan danışdığımı iddia etdi. Mən isə kassanı göstərərək xırda olmadığını bildirdim. Həmin adam mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Mən isə həmin şəxsin yaxasından tutaraq marketdən çölə tulladım. Həmin adamı atdığım yerdə nə olduğunu görməmişəm”.
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edib ki, Qala qəsəbəsi, “Stansiya” adlanan ərazidə atasına məxsus market var: “Həmin marketdə ərzaq mallarının satışı ilə məşğul oluruq. Marketi mən işlədirəm. Həmin market səhər saat 9-dan axşam 22-yə kimi işləyir. Mayın 25-də həmişəki kimi marketi açaraq ərzaq satışı ilə məşğul olmuşam. Həmin gün təxminən saat 18:30-da marketdə alıcılara qulluq etmişəm. Bu vaxt marketə bir nəfər, sonralar adını bildiyim Qurban daxil oldu və 50 manatlıq əskinas uzadaraq xırdalamağımı bildirdi. Qurbana xırda pul olmadığını dedim. Bildirdi ki, əvvəllər xırdalamısan, indi niyə xırdalamırsan?. Mən yenə də bildirdim ki, hazırda xırda yoxdur. Belə olduqda Qurban üstünə qışqırdı və dedi ki, nə üçün xırdalamırsan? Bundan sonra Qurban mənim yaxın qohumlarımın ünvanına nalayiq formada ifadələr işlətdi. Mənə ana-bacımın pozğun olduğunu, “bu nə hərəkətdir, edirsən” deyərək əl-qol atmağa başladı. Qurbanın səs-küy saldığını görüdüm və qolundan tutaraq marketdən bayıra çıxartdım. Çünki marketdə kənar qadınlar-qızlar olub. Qurbanı bayıra çıxartdıqdan sonra mənimlə tutaşdı və əlbəyaxa dalaşmağa başladıq. Biz bir-birimizi şillə-yumruqla vurduq. Bu zaman Qurban yenə ailəmin  ünvanına nalayiq ifadələr işlətdi. Bu vaxt ətrafa yığışan tanımadığım şəxslər bizi  ayırdı. Mən marketin içərisinə girərək piştaxtanın altından kolbasa kəsmək üçün istifadə etdiyim bıçağı götürərək bayıra çıxdım. Bu zaman Qurban yenə nalayiq ifadələr işlətdi. Odur ki, qaçaraq ona yaxınlaşdım, bıçağı sağ əlim ilə yandan hərəkət etdirərək onun sağ arxa nahiyəsinə bir dəfə zərbə endirdim. Mənə heç kəs yaxın gəlmədi Sonra marketin arxasındakı həyətə getdim. Həmin bıçağı şalvarımın üzərində olan kəmərin arxa tərəfinə keçirtdım. Ara sakitləşəndən sonra marketə bacım oğlu gəldi və mən əvəz etdi. Mən yaşadığım Maştağa qəsəbəsinə getdim. Orada yolda olan zibil qablarından birinə həmin bıçağı atdım. Evə gedərək yuyundum və daha sonra toya getdim. Toya gedərkən mobil telefonu yadımdan çıxaraq marketdə qalmışdı. Toydan mayın 26-da, təxminən saat 2-də çıxdım və Maştağaya evə getdim. Sonra qardaşım Elşad polislərin məni axtardığını, səhəri gün 1-ci polis şöbəsinə getməyimi bildirdi”.
İş üzrə zərərçəkmiş Q. Abbasovun sözlərinə görə, 3 övladı var: “Fərdi qaydada günəmuzd olaraq fəhləliklə məşğul oluram. Əvvəllər məhkum olunmamışam. Ailəm Babək rayonu, Nehrəm kəndində yaşayır. Mən pul qazanıb ailəmə göndərirəm. Hadisə günü  işdən çıxdıqdan sonra Binə qəsəbəsində olan “Zeytun” kafesində tanışlarım ilə spirtli içki qəbul etdikdən sonra yaşadığım ünvan olan Qala-Satansiyaya qayıtdım. Siqaret çəkmək istədim. Həddən artıq spirtli içki qəbul etmişdim. Qala qəsəbəsində olan marketlərin birinə girdim və siqaret almaq istədim. Cibimdə 50 manat pul var idi. Kassaya yaxınlaşaraq 50 manat uzatdım. Bu zaman satıcı xırda olmadığını dedi. Mən spirtli içkinin təsirindən satıcıya qarşı nalayiq ifadə işlətdim. Satıcı marketdə qadınların olduğunu deyərək mənə irad bildirdi, bayıra çıxmağımı tələb etdi. Bu zaman bir daha satıcını təhqir etdi. Bu vaxt satıcı qolumdan tutaraq bayıra çıxmağımı istədi. Həmin şəxsin adının sonradan Mirzəhüseyn olduğunu öyrəndim. Mirzəhüseynin əlinə vuraraq “mən haçan istəsəm, onda çıxacağam” dedim. Onun ünvanına nalayiq ifadələr işlətməkdə davam etdim. Bu zaman Mirzəhüseyn məni bayıra itələdi. Məni itələdiyi zaman çox içkili olduğumdan ayaq üstə dayana bilmədim. Məni bayıra çıxartdıqdan sonra onunla tutaşdım. Həmin vaxt bizi tanımadığım şəxslər aralaşdırdı, Mirzəhüseyn marketə girdi. Mən küçədə Mirzəhüseynin ünvanına nalayiq ifadələr işlətməyə davam etdim. Mirzəhüseyn bu zaman marketdən qaça-qaça gələrək məni kürəyimdən vurdu və sonra sinəmdən itələdi. Mən arxası üstə yerə yıxıldım. Bu zaman kürəyimdə dəhşətli ağrılar olduğunu hiss etdim. Çox içkili olduğumdan və ağrının təsirindən huşumu itirdim. Gözümü açdığım zaman xəstəxananın palatasında uzanıqlı vəziyyətdə olduğumu gördüm”. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mirzəhüseynin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 3 il müddətinə şərti cəza təyin edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Avqust 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri