Bakıda hava SİQNAL verdi: Yağıntı normanı keçdi
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda və Abşeron yarımadasında aylıq normadan 5 dəfədən çox yağıntı düşüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xidmətin sentyabrın 1-i saat 10:00-a olan məlumatına əsasən, ölkənin bəzi ərazilərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağış leysan xarakterli və intensiv olub. Toyuqlu pizza
Bakıda və Abşeron yarımadasında 18-22 mm yağıntı qeydə alınıb. Bu isə aylıq normanın 300-524 faizinə bərabərdir. Şəhərətrafı ərazilərdə intensiv leysanla yanaşı, xırda dənəli dolu da müşahidə olunub.
Rayonlarda ən çox yağıntı Şahdağda qeydə alınıb – 51 mm. Bu, aylıq normanın 151 faizidir. Qusarda 28 mm, Qəbələdə 18 mm, Xızı, Xaltan və Şabranda 14 mm, Qrızda 13 mm yağıntı düşüb.
Bundan başqa, Xınalıq və Ağstafada 10 mm, Lerik və Oğuzda 8 mm, Zaqatala, Qax, Şəki və Balakəndə 7 mm, Qobustanda 5 mm, Qubada 4 mm, Lənkəran, Astara və Yardımlıda 3 mm yağıntı qeydə alınıb.
Bəzi yerlərdə külək də güclənib. Şimal-qərb küləyinin maksimal sürəti Neftçalada 20 m/s, Bakı və Abşeron yarımadasında, eləcə də Şirvanda 18 m/s, Culfada isə 17 m/s olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 01 Sentyabr 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















