Icma.az
close
up
RU
Bakıda yağıntı niyə azalıb? AÇIQLAMA

Bakıda yağıntı niyə azalıb? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtda və Abşeron yarımadasında uzun müddətdir müşahidə olunan quraqlıq həm yerli meteoroloji amillər, həm də qlobal iqlim dəyişikliyinin nəticəsidir. Aralıq dənizi və Xəzər hövzəsi üzərində bərqərar olan yüksək təzyiq sahələri buludların formalaşmasına imkan vermir. Eyni zamanda cənub-qərb istiqamətindən gələn isti və quru hava kütlələri bölgədəki rütubəti minimuma endirir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, ümumilikdə, bütün dünyada iqlimdə kəskin dəyişikliklər baş verib. 
"Temperatur artıb, orta temperatur artıq 1,5 °C yüksəlib və 2 °C-yə doğru gedir. Paris İqlim Sazişi çərçivəsində bu temperaturun 2 °C-ni keçməməsi üçün qərarlar qəbul olunub və bununla bağlı müəyyən tədbirlər görülür. Lakin yanacaq istehlakı və əhali sayı artmaqdadır ki, bunlar iqlimə təsir edən əsas amillərdir. Sənaye və texnologiya inkişaf edir, enerji istifadəsi isə getdikcə artır. Məsələn, 10 il əvvəl ildə 86 milyon barel neft istifadə olunurdusa, indi bu rəqəm 100 milyon barelə çatıb. Bu da temperaturun kəskin dəyişmələrinin davam edəcəyini göstərir".
Ekoloq bildirib ki, bütün bunlar yağıntılara da təsir edib və meteoroloji şərait dəyişib. 
"Məsələn, mart ayında hava çox soyuq keçdi, halbuki fevral ayında temperatur 20 °C-ə qədər yüksəlmişdi. Yağıntılar uzun müddət düşmədikdən sonra birdən-birə bir neçə gün ərzində yağır və ciddi fəsadlara səbəb olur. Ona görə də Azərbaycan iqlamında belə halları qəbul etməliyik. Ola bilər ki, bir neçə ay yağıntı olmasın, quraqlıq davam etsin və birdən kəskin yağışlar düşsün, bu da çoxlu zərərlərə səbəb ola bilər. Mən hesab edirəm ki, bu artıq iqlimdə baş verən dəyişikliklərin təzahürüdür. Bildiyimiz kimi, yağıntılar qısa müddət ərzində intensiv şəkildə yağdığı üçün ətraf mühitə böyük ziyan vurur, daşqınlar baş verir. Azərbaycanda daşqınların sayı dəfələrlə artıb: əvvəllər ildə 10-15 dəfə baş verirdisə, indi bu rəqəm 80-100-ə çatır".
Onun sözlərinə görə, su vəziyyətimiz də yaxşı deyil və azalmaqda davam edir. 
"Son iqlim dəyişiklikləri nəticəsində su ehtiyatları 10-15 % qədər azalıb ki, bu da meteoroloji şəraitə təsir edir. Normalda Bakı–Abşeron bölgəsi üçün illik yağıntı norması 150-200 mm-dir; Lənkəranda isə 800 mm, Naxçıvanda 300 mm, orta Azərbaycanın qərb bölgəsində isə 250-300 mm-dir. Bu normalar artıq dəyişib və illik normanın böyük hissəsi bir neçə gün ərzində düşdüyü üçün fəsadlarla müşahidə olunur. Yağıntıların uzun müddət düşməməsinin səbəblərindən biri də budur: ola bilsin ki, günlər, hətta aylar ərzində yağış olmasın və birdən kəskin yağıntılar baş versin".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Mart 2026 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri