Icma.az
close
up
RU
Bakıda havanın isti keçməsinin qəribə səbəbi KONKRET

Bakıda havanın isti keçməsinin qəribə səbəbi KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda qarşıdakı günlərdə havanın kəskin istiləşəcəyi ilə bağlı məlumatlar yayılıb. Belə ki, bəzi ərazilərdə temperaturun 40 dərəcəyə yaxınlaşacağı, hətta daha yüksək olacağı bildirilir.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq Ənvər Əliyev deyib ki, müasir meteoroloji aparatlar və cihazlar hava ilə bağlı dəqiq məlumatların əldə olunmasına imkan verir:

“Lakin meteoroloji müşahidə imkanlarımız hələ də istənilən səviyyədə deyil. Meteoroloji stansiyaların sayının artırılmasına ehtiyac var. Deyirlər ki, qarşıda çox isti və müsibətli yay gəlir. Amma təşviş yaratmağa ehtiyac yoxdur. Azərbaycanda 44 dərəcəyə çatan, eləcə də 30-40 dərəcə arasında temperaturun müşahidə edildiyi illər çox olub”.

Ə.Əliyev bildirib ki, Bakı və Abşeron yarımadasında Xəzər dənizi temperaturun sabitləşməsinə və havanın yumşalmasına təsir göstərir:

“Lakin son dövrlərdə Xəzərin bu tənzimləyici funksiyasının əvvəlki qədər güclü olmadığını da müşahidə edirik. Ona görə də havanın necə olacağını günlər, hətta həftələr öncədən böyük təşvişlə proqnozlaşdırmağın mənası yoxdur. Havanın necə olacağı 3 gün öncədən bilinir, günlər və ya həftələr əvvəldən yox”.

Ekoloqun sözlərinə görə, iyul və avqust aylarında, xüsusilə isti günlərdə insanlar ilk növbədə ehtiyatlı olmalıdırlar:

“Yaşlı insanların mümkün qədər günün ən isti saatlarında evdən çıxmaması daha məqsədəuyğundur. Məcburən çölə çıxan insanlar isə diqqətli olmalıdırlar. Kölgəliklərdən, yaşıllıq ərazilərdən istifadə etmək, günün ən isti saatlarında birbaşa günəş altında qalmamaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Avqust 2026 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri