Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sentyabrın 18-20 də Bakıda Azərbaycan Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ICESCO Baklı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Konservatoriyasının birgə təşkilatçılığı ilə l Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək.
Türk Mədəniyyəti və İrsi Fondundan 525.az-a verilən məlumata görə, qurultay XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq.
Tədbirlər silsiləsi Birinci Türkoloji Qurultayının 100 illiyinə, Nizami Gəncəvinin 885 illiyinə və Əlişir Nəvainin 585 illiyinə həsr olunub.
Qurultayın əsas nəticələrindən biri türk dünyasının bəstəkarlarını, musiqişünaslarını ifaçılarını və aparıcı musiqi təşkilatlarının nümayəndələrini bir araya gətirəcək Türk Dünyası Bəstəkarlar Birliyinin – Turkic Union of Composers (TUC) yaradılması olacaq.
18 sentyabr təntənəli açılış – Qala konserti, 19 sentyabr tarixində Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında Türk Dünyası Bəstəkarlar Birliyinin ilk rəsmi iclası keçiriləcək. İclas çərçivəsində TUC-un yaradılması haqqında Bakı Bəyannaməsinin imzalanması, mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.
Qurultayda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmıənistanın musiqi dünyasının tanınmış nümayəndələri iştirak edəcəklər. Qurultayın zəngin proqramı müxtəlif görüşləri, elmi müzakirələri və musiqi tədbirlərini əhatə edəcək. Üç gün ərzində bir sıra iclaslar, beynəlxalq səviyyəli dəyirmi masa, tematik sərgilər, həmçinin simfonik, kamera və ənənəvi musiqi konsertləri keçiriləcək.
Ümumi musiqi irsinin qorunması və inkişaf etdirilməsi, müasir bəstəkarlıq məktəblərinin dəstəklənməsi, yaradıcılıq mübadiləsinin təşviqi və türk dünyası musiqisinin beynəlxalq səhnədə təbliği xüsusi diqqət mərkəzində olacaq.
Türk xalqlarının zəngin və çoxşaxəli musiqi mədəniyyətinin dünya auditoriyasına təqdim olunması, milli bəstəkarlıq məktəblərinin tanıdılması və ortaq musiqi irsinin beynəlxalq mədəniyyət platformalarında daha geniş təmsil olunması tədbirin əsas məqsədləri sırasında xüsusi yer tutur.
Bakıda belə bir mötəbər musiqi toplantısının keçirilməsi Azərbaycanın türk dünyasının mədəniyyət və incəsənət sahəsində əməkdaşlığında oynadığı rolu da ön plana çıxarır. Azərbaycanın zəngin bəstəkarlıq ənənələri, Üzeyir Hacıbəyli irsi və ölkədə keçirilən beynəlxalq musiqi tədbirləri bu istiqamətdə mühüm təcrübə formalaşdırıb.
I Türk Dünyası Bəstəkarları Qurultayının keçirilməsi ilə bəstəkarlar, musiqişünaslar, ifaçılar və musiqi təşkilatları arasında əlaqələrin yeni mərhələyə yüksəldilməsi, ortaq layihələrin təşviqi və türk dünyasının musiqi irsinin vahid mədəni platformada daha geniş təbliği üçün yeni imkanların yaranması gözlənilir. Qurultayın nəticələrinin gələcəkdə türk dünyası ölkələri arasında musiqi sahəsində əməkdaşlığın inkişafına və yeni yaradıcılıq təşəbbüslərinin meydana çıxmasına töhfə verməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 17 Sentyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















