Icma.az
close
up
RU
Qadın Sahibkarların I Qurultayı keçiriləcək

Qadın Sahibkarların I Qurultayı keçiriləcək

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Güclü qadınlar, sonsuz imkanlar” şüarı altında keçirilən tədbir, qadın sahibkarlığının inkişafına dəstək vermək, biznes mühitində qadınların rolunu gücləndirmək və regionlarda yeni əməkdaşlıq platformalarının qurulmasına şərait yaratmaq məqsədi daşıyır.
Qurultay çərçivəsində öz sahəsində böyük uğurlar qazanmış nüfuzlu şəxslər spiker və fəxri qonaq qismində iştirak edəcəklər. Tədbirdə Sahibkar Qadınlar İctimai Birliyinin sədri, həmçinin "Qızıl Əllər" MMC tədris müəssisəsinin təsisçisi Zenfira Ağayeva, fəxri qonaq kimi Azərbaycan Kənd Qadınları Assosiasiyasının Sədri Gülbəniz Qənbərova, spikerlər qismində isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə, tanınmış rəssam-modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti və "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə Xələfova, "DESTEC GROUP" İdarə heyətinin sədri, iqtisadi ekspert və biznes konsultant Sakit Səmədov, həmçinin "EP" MMC və "Gəncə ABAD" İTB-nin təsisçi direktoru Pəri Eyyubova kimi nüfuzlu şəxslər çıxış edərək öz zəngin təcrübələrini iştirakçılarla bölüşəcəklər.
Rəsmi proqram qırmızı xalça keçidi və musiqili qarşılanma ilə başlayacaq, ardınca açılış mərasimində qadın sahibkarlığının ölkə iqtisadiyyatındakı strateji rolu və məşğulluğun artırılmasındakı əhəmiyyəti barədə məruzələr dinləniləcək. Qurultay müddətində fəaliyyət göstərəcək xüsusi sərgi zonasında iştirakçılar öz məhsul və xidmətlərini təqdim etmək, potensial müştərilər və biznes tərəfdaşları ilə birbaşa B2B əlaqələr qurmaq imkanı əldə edəcəklər. Tədbirin yekununda milli ornamentlərin müasir təqdimatla birləşdirildiyi interaktiv mədəni proqram və işgüzar nahar təşkil olunacaq ki, bu da iştirakçılar arasında sərbəst ünsiyyəti və gələcək əməkdaşlıqları stimullaşdıracaqdır.
Əlaqə telefonu: +994 77 122 21 02
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Aprel 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri