Bakıda icarəyə götürdüyü maşınla kobud qayda pozan sürücü qəza törətdi ANBAAN VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində baş vermiş yol qəzası anbaan avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 28-də saat 14:29 radələrində qeydə alınıb. Hərəkət istiqamətini dəyişmək istəyən “Changan” markalı avtomobilin sürücüsü anidən sola manevr edib və həmin zolaqda hərəkətdə olan “Nissan” markalı avtomobilə çırpılıb. Kadrdan göründüyü kimi, qayda pozan sürücü qoşa xəttin tələblərini pozaraq əks yola çıxmaq istəyirmiş.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “Nissan” sürücüsü isə başından xəsarət alıb.
Qeyd edək ki, zərərçəkmiş sürücü videonu paylaşaraq əvvəlcə “Changan” sürücüsünün özünü haqlı saydığını, lakin kadrlara baxdıqdan sonra qəzaya səbəbkar olduğunu qəbul etdiyini bildirib. O, həmçinin sürücünün Pakistan vətəndaşı olduğunu və avtomobili kirayəyə götürdüyünü əlavə edib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 10 Dekabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















