Icma.az
close
up
RU
Bu o deməkdir ki, sən sənət adamı deyilsən

Bu o deməkdir ki, sən sənət adamı deyilsən

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

"Rollarımı çox seçmirəm. Hər dəfə yaxşı təklif gəlir. Bir aktyorun işi roldur, niyə hər şeyə çəkilməsin? Bilmirəm bahalı aktrisa necə müəyyən olunur. Normal qonorar alıram, şükür edirəm. Bundan çoxunu istəyirəm. Amma Azərbaycanda bazar balacadır. 6, 7 min istəmək nə qədər düzgün olar? Kim istəməz? Amma necə? Aldığım qonorardan çoxunu təqdim etmişəm. Bir qəpik də alsam, min qəpik də alsam yaxşı oynayıram. Mənim üçün yola vermək adıma xələl, ləkədir. Çox görürəm belə edən".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kəmalə Müzəffər "Həftənin qonağı" verilişində danışıb. Aktrisa illər əvvəl məşhur "Vicdan haqqı" serialından getməsi, rejissor Rövşən İsakla yaşadığı problemlə bağlı suala belə reaksiya verib:

"Vicdan haqqı"nda 10 il əvvəl yaşanan hadisədir. Həmin hadisə səhhətimlə bağlı deyildi. Bəlkə serialdan getməsəydim, bu qədər möhkəm olmayacaqdım. Həmin serialdan sonra bir neçə rolum oldu, getmək istəyirdim. Fikirləşirdim ki, burdan da getsəm, kaprizli aktrisa olacağam. Möhürüm üstümdədir: kaprizli aktrisa.

Heç kim araşdırmayacaqdı ki, bu yazıq şəraitsiz yerdə çəkilib. Nələrə tab gətirib. Gedə bilmərəm, dayanmalıyam. Əgər "Vicdan haqqı"ndan getməsəydim, indi bir daha kamera görməzdim. Çünki şəraitsizlik, rejissor səriştəsizliyi məni çox yorur. Soyuqdan donmuşam, əl-ayağım tutmayıb. İsti çay yoxdur. Amma dözmüşəm". 

K.Müzəffər aparıcı Ülvira Qarayevanın aktrisa Pərvin Abıyevanın "Çəkilişdə yemək belə verilmir" sözləri haqda dediklərinə belə reaksiya verib:

"Bu şeyləri deməklə nə olur? 2-3 saat ac qalsaq necə olar? Ailədə yemək yoxdursa, ərimi atmalıyam? Küçədə çəkilirəm, soyuqdur. Şişirdək? Bu o deməkdir ki, sən sənət adamı deyilsən". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://axsam.az
archiveBu xəbər 25 Yanvar 2026 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri