Icma.az
close
up
RU
Bakıda iki ailənin 25 illik mehriban qonşuluğu dava ilə bitdi TƏFƏRRÜAT

Bakıda iki ailənin 25 illik mehriban qonşuluğu dava ilə bitdi TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Nərimanov rayonunda 39 yaşlı kişi qonşusuna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyulun 3-də rayonun Böyükşor yaşayış sahəsində baş verib. 
Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Elnur Babayev həmin gün saat 23:30-da  həyətində qonşusu Nicat ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə baş verib. 
Mübahisə zamanı Nicat onu kəsici alət olan rezakla vuraraq ona xəsarət yetirib. Bundan sonra Elnur onun və həyat yoldaşına hücum edən Nicatın atası Nurəddinin baş nahiyəsinə əlində olan taxta parçası ilə bir dəfə vurub. Ona qapalı kəllə beyin travması və digər müxtəlif dərəcəli ağır xəsarətlər yetirib. 
Hadisəni törədən Elnurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, baş vermiş cinayət hadisələrin təsadüfi axarı zəminində baş verib: 
“Qarşı tərəflə 25 ildir ki, mehriban qonşu olmuşuq, bir-birimizə qarşı ancaq xoş əməllərimiz olub. Sadəcə Nurəddinin oğlu Nicatla aramızda bir sıra mübahisələr olub. Nicatın bir qədər pis vərdişləri olub. Müəyyən vasitələrdən istifadə edib. Bu barədə Nicata irad da tutmuşam. Buna görə də aramızda belə hadisələr baş verib”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, son zamanlar Nicat tərəfindən təhqirlərə məruz qaldığına görə aralarında vəziyyət gərginləşib: 
“Hadisə vaxtı Nurəddinə də Nicatın mənimlə yola getmədiyini demişəm. Hadisə baş verən gün Nurəddin kişinin oğlu Nicatla aramızda baş vermiş  mübahisə nəticəsində onunla dava etdim. Hazırki hadisə isə, Nicatın atasının aramıza girməsi nəticəsində baş verib. Nicatın atasına qarşı heç bir qəsdim olmayıb. Bu hadisə təsadüfən baş verib. 
Nurəddinin xəsarət almasından xəbərim olmayıb. Mən özüm də xəsarət aldığımdan başımı itirmişəm. Mübahisə zamanı Nurəddin kişi aramıza girərkən, əlimdəki taxtanı xaotik şəkildə fırlatmışam. Nəticədə həmin taxta Nurəddinə dəyib. Həmin vaxt Nurəddinə hansı dərəcədə xəsarətin dəydiyini bilməmişəm. 25 il ərzində bizim heç bir sözünüz çəp gəlməyib. Hər zaman aramızda mehribanlıq olub. Özümü müdafiə edən zaman bu hadisə baş verib”. 
Təqsirləndirilən şəxs əlavə olaraq bildirib ki, dörd övladı var: 
“Böyük övladının 16 yaşı olub. Nurəddini məhz taxta ilə vurmuşam. Həmin taxtanı isə mübahisə olan məkana gedərkən yerdən götürmüşəm. Hazırda Digah qəsəbəsində kirayədə yaşayıram. Yaşadığı yerdən köçməyimin səbəbi başıma yeni hadisələrin gəlməməsi, münaqişənin yenidən genişlənməməsi olub”. 
İş üzrə zərərçəkmiş Nurəddinin sözlərinə görə, hər zaman təqsirləndirilən şəxslə mehriban qonşu olublar: 
“Elnurun atası Vidadinin balalarını öz balam bilmişəm. Aramzda heç zaman söz-söhbət olmayıb. Hadisədən əvvəlki gün axşamçağı saat 17:00-da evdən getdim. Bir də səhəri gün saat 22:00-da evimə qayıtdım. Oğluma zəng edərək harada olduğunu soruşdum. Nicat da evdə olmadığını dedi. Ona harada olursa-olsun evə gəlməyini dedim. Oğlum da evə gəldi. Mən evdə olmayanda hansısa bir hadisə baş verib. Oğlumdan hadisənin səbəbini soruşdum. 
Nicat qapının ağzında zibil yandıranda Elnurun yoldaşı çıxaraq zibili qapıda yandırmamağını, tüstünün onların evinə getdiyini bildirməsini söyləyib. Mən də oğluma tüstünün bir-iki dəqiqə olduğunu dedim və bu məsələyə fikir verməməsini bildirdim. Bütün söhbət də belə oldu”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra oğlu ilə Elnur arasında mübahisə baş verib, mübahisənin əvvəlində evdən çölə çıxmayıb: 
“Mübahisə qızışanda həyətə düşdüm. Bu zaman Elnur oğlumu taxta parçası ilə sinəsindən vurdu. Oğlum da bu zərbənin təsirindən yerə yıxıldı. İkinci dəfə Elnur oğluma taxta ilə zərbə vurmaq istəyərkən ona kömək etmək üçün araya girdim. Həmin taxta parçasının zərbəsi bu dəfə mənə dəydi. Hadisənin gedişatı zamanı oğlum Elnura xəsarət yetirib-yetirmədiyini həmin vaxt bilməmişəm. 2 gün sonra bildim ki, hadisə vaxtı əvvəlcə oğlum Nicat Elnura xəsarət yetirib”. 
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Sentyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see270

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see172

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri