Icma.az
close
up
RU
Bakıda iki internet klubda qanlı dava: 2 qardaş bıçaqlandı

Bakıda iki internet klubda qanlı dava: 2 qardaş bıçaqlandı

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Suraxanı rayonunda 1996-cı il təvəllüdlü Məhəbbət internet klubda dava salıb, iki nəfərə xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, Cəlilabad rayon sakini Məhəbbət 28 dekabr 2022-ci ildə, saat 19:30-da alkoqol sərxoşluğu vəziyyətində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən Elşən adlı şəxsin işlətdiyi internet kluba gəlib. 
Orada öz hərəkətləri ilə zalda olan müştərilərə mane olduğuna görə ona irad tutub və zalı tərk etməyi təklif edən Elşənlə birlikdə küçəyə çıxıb. 
Daha sonra o, Elşənin ünvanına nalayiq söyüşlər söyüb, ətrafda vətəndaşların olmasına və zərərçəkmiş şəxsin iradlarına məhəl qoymayıb, öz hərəkətlərini davam etdirib. 
Təkidlə Elşəni internet klubun qapısından aralıda qaranlıq yerə gətirəndən sonra ətrafda yol ilə keçən şəxslərə məhəl qoymadan nalayiq söyüşlər söyməkdə davam edib, yumruqla onun sifətinə zərbələr vurub. 
Bu zaman onları görərək hadisə yerinə gəlmiş və qərəzli xuliqanlıq hərəkətlərinə son qoymasını tələb etməklə ictimai qaydanı pozmasının qarşısını alan Şəhriyara hücum edib. 
O, cibindən çıxartdığı naməlum nümunəli bıçaqdan Şəhriyara müqavimət göstərib.
Daha sonra Məhəbbət özündə olan bıçaqla Elşənə zərbələr vurub. Şəhriyara da zərbələr vursa da, onun gödəkcəsini zədələyib, ona 10 manat miqdarında ziyan vurub. 
Hadisəni törədən Məhəbbətin barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq - bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 
O bildirib ki, hadisədən əvvəl internet kluba gedib: 
“Oraya daxil olanda Elşənin içəriyə girməməyimi dedi. Bu zaman aramızda mübahisə yarandı. Biz bu mübahisəni dəqiqləşdirmək məqsədilə çölə çıxdıq. 
Elşən ilə çöldə mübahisələrimiz davam etdi. Bir-birimizə əl-qol atdıq. Bu zaman Elşənin qardaşı Şəhriyar da həmin yerə gəldi. Mən iki qardaşı qorxutmaq məqsədilə cibimdə olan “rezak”ı çıxardım. Mənim məqsədim onları qorxutmaq olub. Lakin, həmin bıçaqla Elşənin əlinə xəsarət yetirmişəm. Daha sonra isə hadisə yerindən getmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki,  hadisə vaxtı içkili olub: 
“Həmin vaxt məni internet kluba buraxmamaqlarının səbəbinin içkili olmama görə bilməmişəm. Məni ilk dəfə internet klubdan çıxarırdılar. Heç bir səbəb olmadan içəri girməməyimi bildiriblər. 
Həmin vaxt anlaqsız vəziyyətdə olduğum üçün məni internet kluba buraxmamalarının səbəbini öyrənə bilməmişəm. Psixi vəziyyətim ilə bağlı anlaqsız vəziyyətdə oluram. Anlaqsız vəziyyətdə olduqda əsəbləşirəm və özümdən çıxıram. Özümdə olmayanda hərəkətlərimin mənasını qavraya bilmirəm. Bu hadisədə də söhbət elədiyim zaman əsəbləşmişəm və özümdən çıxmışam. 
Elşən ilə söhbət etdiyim zaman məni sinəmdən itələmişəm və beləcə əsəbləşmişəm. İlk olaraq Elşəni, daha sonra Elşən məni vurub. Hər ikimiz bir-birimizi əl ilə vurmuşuq. Elşən məni vurduğu üçün onun gözünün altı partlamışam. Bu hadisə küçədə baş verib. Yaxınlıqda mağaza olub və həmin küçə mağazanın arxasında yerləşib”. 
Məhəbbətin ifadəsinə görə, onların mübahisəsi klubun içində başlayıb, daha sonra çölə çıxıblar: 
“İnternet klubun içində dalaşmamışıq. Ümumiyyətlə anlaqsız vəziyyətdə olduqda baş verən bütün hadisələri unuduram. Mənə bu hadisəni 1 gün sonra danışdıqları üçün xatırlayıram. Mənə hadisəni sonradan qardaşım danışıb. Qardaşıma da başqa şəxs danışıb. 
Hadisəni Elşən və Şəhriyardan başqa heç kim görməyib. “Rezak” ilə Elşənin qoluna xəsarət yetirmişəm. Elşənin qolu kəsilib. Şəhriyara isə xəsarət yetirib-yetirmədiyimi xatırlamıram. Hadisədən sonra evə getmişəm. 
Elşən və Şəhriyar ilə barışmaq istəsəm də, Elşəngil barışmaq üçün əvvəlcə vurulmuş zərərin ödənilməsini tələb ediblər. Elşən və Şəhriyar 2 nəfər, mən isə tək olduğumdan özünü müdafiə etmək və onları qorxutmaq üçün üstlərinə “rezak” çıxartmışam. Elşən və Şəhriyarın əlində silah görməmişəm. Hadisə zamanı küçədən heç kim keçməyib. Elşən və Şəhriyar mənim üzərimə tərəf gəlib. Mən də belə qənaətə gəldim ki, məni vurmaq istəyirlər”. 
İş üzrə zərərçəkmiş Elşənin sözlərinə görə, Suraxanı rayonunda öz yaşadığı məhəllədə internet klub işlədir: 
“Məhəbbət və Asif, Vasif adlı dostları daha əvvəllər də bir neçə dəfə internet kluba gələrək səs-küy salıb, söyüş söyüb və qeyri-etik hərəkətlər ediblər. Mən hər dəfə belə hərəkətlərə görə məni internet klubdan göndərmişəm. 
Hadisə baş verən axşam Məhəbbət yenə bir dostu ilə birlikdə internet kluba gələrək qardaşım Şəhriyarı barmaqla göstərdi və “bunu nə vuraram” dedi. Həmin vaxt əlimdəki pultu yerə qoyaraq Məhəbbəti kənara çağırdım və onunla söhbət etməyə çalışdım. 
Məhəbbətə daha əvvəllər də buraya gələrək insanları narahat etdiyini bildirdim və ona internet klubdan getməsini, bir daha bura gəlməməsini xahiş etmişəm. Məhəbbət bu zaman məni təhqir etməyə və söyüşlər söyməyə başladı. 
Məhəbbət mənə onunla əks gəldiyimi bildirdi və məni çöldə söhbət etməyə çağırdı. İnternet klubdan çıxdıq və mağazanın sağından keçərək küçədə münasibətlərimizi aydınlaşdırmağa çalışdıq. Məhəbbət dayanmadan məni təhqir etdi. Ona nə qədər xəbərdarlıq etsəm də, faydası olmadı”.
Elşən qeyd edib ki, sonuncu dəfə Məhəbbətə söyüş söyməməsini deyib: 
“Bu vaxt məni vurdu, zərbədən dişim sındı və qaşım açıldı. Daha sonra Məhəbbəti cavab olaraq bir dəfə vurdum. Məhəbbət cibindən bıçağını çıxardaraq “bu gün bir nəfər ölməlidir” dedi. Bıçağı gördükdə özümü müdafiə etmək üçün yerdən asfalt qırığını götürdüm. Elə həmin anda da qardaşım Şəhriyarın gəldiyini gördüm. Şəhriyara Məhəbbətin yumruqla dişimi sındırdığını bildirdim. 
Qardaşım gələrək Məhəbbətin əlini tutaraq bıçağı almağa çalışdı. Bu anda kənarda dayandım. Daha sonra Məhəbbətin əlindəki bıçağı alaraq yerə atmaq istədim. Məhəbbət bıçaqla biləyimə vurdu. Hadisədən sonra qolum sağlamlıq funksiyaları itirilmiş formada qalıb. Daha sonra Məhəbbət hadisə yerindən qaçaraq uzaqlaşdı. Məhəbbətin məni vurduğu alət bıçaq olub. Həmin vaxt məhəllədə heç kim olmayıb. Bizi aralayan olmayıb. Mənim qolumun əvvəlki vəziyyətə gəlməsi üçün lazım olan müalicə pulu ödənilsə, barışa bilərəm. Bu zamana qədər çəkdiyim müalicə xərcləri ümumilikdə 8000 manat olub. Məhəbbətin ailə üzvlərinə də bu barədə bildirsək də, bizimlə əlaqə saxlayan olmayıb”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Məhəbbət 6 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. 
Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı mülki iddiaları təmin olunmayıb. Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilib. 
Hökmdən təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə hökmün ləğv edilməsi, məhkumun barəsində ədalətli qərar çıxarılmasını istənilib. 
Apellyasiya şikayətini araşdıran hakimlər heyəti sonda qərar veriblər. 
Qərara görə, məhkumun vəkili tərəfindən verilən şikayət rədd edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Avqust 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri