Icma.az
close
up
RU
Bakıda imzalanan imzalanan sənədlər Azərbaycanla Özbəkistan arasında əlaqələrdə yeni imkanlar açacaq

Bakıda imzalanan imzalanan sənədlər Azərbaycanla Özbəkistan arasında əlaqələrdə yeni imkanlar açacaq

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Azərbaycanla Özbəkistan arasında əlaqələr çoxəsrlik taricə bağlıdır. Hələ Əmir Teymurun zamanında Özbəkistana aparılan memarlar, sənətkarların bu qədim türk yurdunda əl izləri qalıb, Özbəkistanın zəngin tarixi-mədəni abidələrinin inşasında yaxından iştirak ediblər. Tarixin dərinliklərinə gedən bu əlaqələr günümüzdə də yüksələn xətlə inkişaf edir. Hər iki ölkə rəhbərinin dost-qardaş münasibətləri ikitərəfli əlaqələrdə də öz müsbət töhfəsini göstərir”
Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərini şərh edərkən səsləndirib. İctimai birlik sədri deyib ki, günümüzdə Bakı ilə Daşkənd arasında bütün istiqamətlərdə geniş əməkdaşlıq mövcuddur və hər belə səfərlər ölkələrarası əlaqələrdə yeni bir mərhələnin başlanğıcı olur:
“Azərbaycanla Özbəkistan arasında əlaqələr təkcə ikitərəfli formatda deyil, beynəlxalq təşkilatlar səviyyəsində də inkişaf edir. Hər iki ölkə bütün prinsipial məsələlərdə beynəlxalq təşkilatlar səviyyəsində bir-birini dəstəkləyir. Xüsusilə, Türk Dövlətləri Təşkilatı ( TDT) səviyyəsində bu əməkdaşlığı qeyd etmək yerinə düşər. Bu gün Azərbaycanla Özbəkistan TDT çərçivəsində Türkiyə qədər bir-birinə yaxın olan, bir-birini dəstəkləyən ölkələr sırasındadır. Artıq iki ölkə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Qeyd edim ki, keçən il Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı Bakı ilə Daşkən arasında müttəfiqlik müqaviləsi imzalanıb ki, bu da son dərəcədə əhəmiyyətli bir sənəddir”.
Arzuman Muradlı deyib ki, Özbəkistan da bir sıra dövlətlər kimi İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəni dəstəkləyib, eyni zamanda işğal faktının aradan qaldırılmasından sonra Qarabağda aparılan quruculuq-abadlıq işlərinə öz töhfəsini əsirgəməyib:
“Özbəkistan Hökuməti adından Füzuli rayonunda Mirzə Uluqbəy adına orta məktəbin tikilib istifadəyə verilməsi və açılış mərasimində Özbəkistanın Prezidentinin də iştirak etməsi, eləcə də Xankəndində özbək investisiyası hesabına tikiş fabriki inşa edilməkdədir. Bütün bunlar deyilənlərin əyani göstəricisidir”.
Arzuman Muradlı əmin olduğunu bildirib ki, Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanan sənədlər Bakı ilə Daşkənd arasında əlaqələrdə yeni imkanlar açacaq və ölkələr arasındakı bağlar daha da möhkəmlənəcək.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri