Icma.az
close
up
RU
Azərbaycanla Çin arasında imzalanan sənədlər münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir

Azərbaycanla Çin arasında imzalanan sənədlər münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan-Çin münasibətləri əlaqələrimizin inkişafının bir yol xəritəsi hesab oluna bilər”

Hazırda Azərbaycan-Çin münasibətləri arasında əlaqələr geniş şəkildə inkişaf edir. Çin, Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir.

Bu gün Çinlə münasibətlərdə Azərbaycan, yoxsa Rusiya daha müstəqil davrana bilir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, tarixən Azərbaycan və Çin arasında dostluq münasibətləri olub: “Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biri, məhz Çin Xalq Respublikası ilə əlaqələri özündə ehtiva edir. İkitərəfli münasibətlərimiz bu gün yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycan və Çin strateji tərəfdaşlıq ölkələri keçən il Şanxay Əməkdaşlıq Təşkilatınının (ŞƏT) Astanada keçirilən zirvə görüşü çərçivəsində Azərbaycan və Çin arasında iki dövlətin rəhbərlərinin imzaladığı strateji tərəfdaşlıq münasibətləri özündə ehtiva edən sənəd Bakı-Pekin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu ilin aprel ayında Azərbaycan Prezidentinin Çin Xalq Respublikasına dövlət səfəri zamanı isə hərtərəfli strateji münasibətlərin qurulması ilə bağlı yeni bir sənəd imzalandı. İmzalanan bu sənədlər münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir və eyni zamanda əlaqələrimizin inkişafının yol xəritəsi hesab oluna bilər”.

Elman Nəsirov

Deputat vurğulayıb ki, qədim İpək Yolu iki xalqı, iki dövləti birləşdirən strateji əhəmiyyətə malik olub: “Həm də tarixən Azərbaycan və Çin arasında dostluq münasibətləri olub. Qədim İpək Yolu iki xalqı, iki dövləti birləşdirən strateji əhəmiyyətə malik olub. Təsadüfi deyil ki, böyük Nizaminin “Yeddi Gözəl” əsərində vəsf etdiyi xanımlardan biri də, məhz "Çin gözəli"dir və bu da əlaqələrimizin tarixini bir daha təsdiqləyir.

Bu gün dövlət başçıları arasındakı münasibət dostluq münasibətləridir. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının sədri cənab Si Cinpin Azərbaycan Prezidenti cənab İlham Əliyevi "Çin xalqının köhnə dostu" adlandırıb. Bu, çox yüksək qiymətləndirilməlidir.

Bu yaxınlarda dövlət başçısı Çin Xalq Respublikasında işgüzar səfərdə oldu və Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə görüşündə iştirak etdi. Həmçinin Çin xalqının Yaponiyanın təcavüzünə qarşı mübarizəsinin və qələbəsinin 80 illiyi ilə bağlı hərbi paradda iştirak etdi. Həmçinin Çin rəhbərliyi ilə çox sıx təmasda oldu, ikitərəfli və çoxtərəfli münasibətlərimizə dair çox geniş fikir mübadiləsi edildi”.

Elman Nəsirov hesab edir ki, Azərbaycan-Çin münasibətləri əslində başqa dövlətlər üçün bir nümunədir: “Birmənalı şəkildə Azərbaycan-Çin münasibətləri əslində başqa dövlətlər üçün də bir nümunədir ki, dövlətlərarası münasibətlər, məhz belə olmalıdır.

Bu gün Çin-Azərbaycan münasibətləri, eyni zamanda Rusiya ilə Azərbaycanın münasibətlərini müqayisə etsək, tamamilə fərqli mənzərədir. Rusiyanın Azərbaycana münasibətlərində kifayət qədər soyuqluq elementləri var. Buna görə də məsuliyyət rəsmi Moskvanın üzərinə düşür, amma Azərbaycan-Çin münasibətlərində isə hər şey yüksək inkişaf dinamikasına malikdir. Rəsmi Bakı-Pekin münasibətləri bütün istiqamətlər üzrə inkişaf etməkdədir.

Mən özüm də bu günlərdə - avqust ayının 26-dan sentyabr ayının 7-nə qədər Çin Xalq Respublikasında parlament nümayəndə heyətinin tərkibində səfərdə oldum. Bu səfər inkişaf etməkdə olan ölkələrin (İEOÖ) parlamentlərinin 7-ci seminarı idi və biz də Çinin Pekin və bir çox şəhərlərində olduq. Biz Çinin çox sürətlə inkişaf etdiyini gördük. Çin bir ölkə, bir dövlət deyil, həm də böyük sivilizasiyadır. Azərbaycan xalqına, Azərbaycan dövlətinə olan çox isti münasibətə şahidlik etdik. Bu gün birmənalı şəkildə söyləmək olar ki, Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf edir və onun çox geniş perspektivləri mövcuddur”.

Günel Həsənova Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 Sentyabr 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri