Icma.az
close
up
RU
Bakıda investisiya üçün ən sərfəli mənzillər hansılardır? ARAŞDIRMA

Bakıda investisiya üçün ən sərfəli mənzillər hansılardır? ARAŞDIRMA

Icma.az, Milli.az saytına istinadən bildirir.

Bakıda hündürmərtəbəli binalarda ən çox satılan mənzillər əsasən orta mərtəbələrdə yerləşənlərdir. Əmlak bazarında 4-9-cu və xüsusilə 5-12-ci mərtəbələr alıcılar tərəfindən daha çox seçilir.

Milli.Az-ın araşdırmasına görə bunun əsas səbəbi həmin mərtəbələrin həm rahat, həm də təhlükəsiz hesab olunmasıdır. Lift problemi yarananda çox yüksək mərtəbə olmaması üstünlük sayılır, eyni zamanda bu mərtəbələrdə külək və istilik problemi də daha az hiss olunur. Ailəli alıcılar və ipoteka ilə mənzil alanlar daha çox orta mərtəbələrə üstünlük verirlər.

2026-cı ildə Bakıda yeni tikililərdə orta seqment üzrə qiymətlər rayona və mərtəbəyə görə dəyişir. Yasamal rayonunda orta mərtəbələrdə mənzillərin qiyməti təxminən 2800-4200 AZN/m² arasında dəyişir. Nərimanovda bu göstərici 3200-5500 AZN/m², Xətaidə isə 2600-4500 AZN/m² təşkil edir. Ağ Şəhərdə qiymətlər daha yüksəkdir və orta mərtəbələrdə 5000-9000 AZN/m² arasında dəyişə bilir. Binəqədidə isə qiymətlər nisbətən aşağıdır və əsasən 1800-3000 AZN/m² civarında olur.

Premium və elit yaşayış komplekslərində vəziyyət bir qədər fərqlidir. Belə binalarda 12-20-ci mərtəbələr daha bahalı və prestijli hesab olunur. Şəhər və dəniz mənzərəsi olan mənzillər xüsusilə yüksək qiymətə satılır. Ağ Şəhər, Port Baku ətrafı və dənizkənarı ərazilərdə yüksək mərtəbələrdə yerləşən panoramalı mənzillərin qiyməti orta mərtəbələrlə müqayisədə 15-30 faiz daha baha ola bilir.

Ən az tələb olan mərtəbələr isə birinci və sonuncu mərtəbələr sayılır. Birinci mərtəbələrdə səs-küy, rütubət və təhlükəsizlik problemləri alıcıları narahat edir. Sonuncu mərtəbələrdə isə dam problemi və yay aylarında istilik riski səbəbindən tələbat zəif olur. Buna görə də bu mərtəbələrdə yerləşən mənzillər adətən orta mərtəbələrlə müqayisədə 10-20 faiz daha ucuz satılır.

Ümumilikdə, Bakıda investisiya və sürətli satış baxımından ən əlverişli variant metroya yaxın ərazilərdə yerləşən, 2 otaqlı, 70-110 kvadratmetr sahəsi olan və 6-10-cu mərtəbələrdə yerləşən mənzillər hesab olunur. Bu tip mənzillər həm kirayə, həm də satış bazarında daha likvid sayılır.

Ayxan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 May 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see307

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see297

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see281

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see279

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see273

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see271

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see253

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see224

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see219

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see216

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see213

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see207

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see203

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see197

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see194

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see191

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see188

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see180

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri