Bakıda İtaliya ekspertləri ilə birgə hərbi mülki əməkdaşlıq təlimi keçirilib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə hərbi ekspertlərinin, eləcə də Müdafiə Nazirliyinin baş idarə, idarə və qoşun növlərinin hərbi qulluqçularının iştirakı ilə təlim keçirilib.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Şəxsi Heyət Baş İdarəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində təşkil olunan təlim çərçivəsində iştirakçılara hərbi əməliyyatların planlaşdırılması və icrası prosesində hərbi-mülki əməkdaşlığın (CIMIC) rolu və əhəmiyyəti, mülki əhali və müvafiq qurumlarla qarşılıqlı fəaliyyətin təşkili, eləcə də mülki infrastrukturla bağlı məsələlər barədə ətraflı məlumat verilib.
Təlim zamanı italiyalı hərbi ekspertlər tərəfindən hərbi-mülki əməkdaşlığın əsas prinsipləri, tətbiq mexanizmləri və beynəlxalq təcrübəyə dair geniş təqdimat keçirilib, təlim qrupları tərəfindən praktiki tapşırıqlar icra edilib. Həmçinin Azərbaycan və İtaliya tərəfləri arasında bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı mübadiləsi, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. İştirakçıların sualları ekspertlər tərəfindən cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 06 Noyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















