Icma.az
close
up
RU
Bakıda jurnalistin evini başına uçurdular FOTOLAR

Bakıda jurnalistin evini başına uçurdular FOTOLAR

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

“Yasamalda şəxsi evin bir hissəsi sökülüb, MTK sədrini dərhal tutublar. Xətaidə 18 mənzilli iki mülk barbarca dağıdılıb, iki aydır nə cinayət işi qaldıran, nə də həbs edilən var”.

Bakıvaxtı.az xəbər verir ki. bu sözləri “Yeni Sabah”a araşdırmaçı jurnalist Hicran Həmidova deyib.

Jurnalistin bildirdiyinə görə, “Konsern İnterturan” MMC-nin sahibi Saday Əhmədovun rayonun Həzi Aslanov qəsəbəsində tikdiyi binadan 10 il əvvəl ev satın alıb. Lakin Əhmədov müvafiq məhkəmə qərarı olmadan, rəsmi bildiriş, alternativ mənzil vermədən, torpağını baha qiymətə satmaq məqsədi güdərək Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsinin yardımı ilə fevralın 12-dən 13-nə keçən gecə evi yerlə-yeksan eləyib:

“İki binada 8-10 ailə mənzil almışdıq. Söküntüyə qədər yardım istəmədiyimiz qurum qalmadı, bizi iqnor elədilər. O gecə Kazımağa Kərimov küçəsi 150A ünvanında polis heç bir əsas olmadan şəxsi əmlakı məhv edənin əmrində idi. Mülk sahibləri və ailə üzvlərini 37-ci bölməyə “paketləyib”, cinayətkarlara rahat şərait yaratdılar. Dövlətin resursları, gücü şəxsi layihəyə görə bizə qarşı istifadə edildi. Gecə söküntüsünün dövlət üçün zərurəti nə idi? Üzərində həbs qərarı olan əmlakı dağıtmaq səlahiyyətini kimdən almışdılar? 102-yə 102 dəfə zəng vurmuşam, soruşan yoxdur “nə dərdin var?” Söküntünün “sifarişçi”nin də, himayədarının da yüksək çinli məmurlar olduğu deyilir”.

H.Həmidova deyir ki, Fövqəladə Hallar Nazirliyi, üzərində həbs qərarı olan mülkün dağıdılmasına “rəy” verib, məhkəmə qərarını iqnor edib, səlahiyyətlərini mənimsəyib:

“Buna arxalanıb evimi xarabaya çeviriblər. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən üç əməkdaş dəvətimizlə əraziyə baxış keçirib, “evin tikintisinə dair Agentliyə məlumat daxil olmadığı kimi, texniki vəziyyəti ilə bağlı da müayinə üçün müraciət edilmədiyi” bizə və Xəzər TV-yə sms-lə bildirilib. Üç mərtəbəli binanın cəmi 12 yaşı vardı, cüt daşdandı. İstifadə müddəti 100 ilə hesablanmış tikiliyə qəsdən dağıdılan kanalizasiya zərər verə bilməz. Ağır texnika ilə müdaxilədən, bəlkə də 12 ballıq silkələnmədən sonra da divarlar çox sağlam dayanıb, kiçicik çat da yoxdur. Evin inşaatına cavabdeh iş icraçısı tikinti normativlərinə tam əməl olunduğunu deyir, gördüyü işə kölgə salanların bunu tamah məqsədilə etdiklərinə inanır. Söküntü üçün nə obyektiv səbəb vardı, nə də icrasına hüquqi əsas. 10-dan artıq cinayət tərkibi olmasına rəğmən, prokuror cinayət işi açmağa tərəddüd edir. İradəm əleyhinə, əmlakım yer üzündən silinib, rəsmi sorğularım cavablandırılmır”.

Həmkarımız araşdırıb, S.Əhmədov daha əvvəl iki bankdan kredit götürüb, girov predmeti olan əmlaklarının dəyərini xeyli şişirdərək bankları özünə “borclandırıb”:

“Uzun illər ölkədən çıxışına “STOP” qoyulmuşdu. Banklar ona pul verməyəndən sonra mənim kimi vətəndaşları hədəf alıb: özünə aid 4 ha ərazidə torpaq və ev satır, ehtiyacı olanları alır, bir müddət sonra “ucuz satdığıma qərar verdim”, deyib əmlakı geri tələb edir. Çox adamla münaqişədədir. Bu məntiqlə banklara ehtiyac yoxdur, hər kəs bir-birinin pulunu alıb sərmayə eləsin, 10-15 il sonra da qəpiyinəcən qaytarsın. Həbsə də atmırlar”.

Xətai rayonunun prestijli Həzi Aslanov qəsəbəsində daşınmaz əmlakın dəyərinin indi çox yüksək olduğunu deyən xanım jurnalist, S.Əhmədovun 2019-cu ildə həmin mülkü 2,6 milyon manat qiymətləndirdiyini bildirir. 6 ildə daşınmaz əmlak bazarında qiymətlər xeyli artıb. Alıcı kimi öhdəliyini yerinə yetirib “pod mayak” evin qiymətinin 100%-ni, təmirin 70%-ni ödəsə də, Əhmədov əvəzində ona nəsə verməyib. Müqavilə üzrə mənzili tam təmirli təhvil verilməli idi:

“6 il əvvəl bizə satdığı əmlakı qiymətləndirmək onun nəyinə lazım olub, bunun ciddi araşdırılmasına ehtiyac var. Mən Saday dayıya borc verməmişəm ki, illər sonra qaytarsın, atası İsax babaya da borcum yoxdur. Və mən bank deyiləm ki, ondan faizi ilə geriyə pul alım. Özüm də vəsaitimi dəyərləndirə bilərdim, necə ki evi alanda bir qədər pulumu da qiymətli kağızlara sərmayə yatırmışam. 2016-cı ildə əldə etdiyim səhmlər nominalının 1000%-nə qədər xalis mənfəət gətirib. Əhmədova ödədiyim pula birjada 1000-1500 səhm ala bilərdim, dəyəri indi yarım milyon manatı keçir. Bundan qazanacağım dividend də 100-150 min manatın üzərindədir. 15 ildə qaytarmadığı kredit, bankın mülkiyyətçisi olaraq mənim üçün itirilmiş mənfəətdir. Əldən çıxmış faydamın miqyası böyükdür. İndi onun məndən qazandıqlarını təsəvvür edin. Mənə borcu səhmlərimin dəyərinə, qazandırdığı xalis mənfəətə uyğun hesablansa, uduzacaq. 10 il əvvəl metro ətrafında ondan ucuz mənzil ala bilərdim. Lakin evin şərtlərini - səmti, tikilişi, alçaqmərtəbəli (villa) olmasını bəyəndiyimdən ona üstünlük verdim. İndi orada o qiymətə 10 kv/m. ala bilmərəm. Evə aldığım əşyalar da 9 il sonra mağazadan “itib””.

Mənzilini ona təhvil vermədiyinə dair H.Həmidovanın şikayətlərini qurumlar 8 ildə məhkəməyə “daşıya” bilməyiblər:

“Qərarverici və icraedici orqanlar tərəfsiz, müstəqil olsaydılar Prezident Administrasiyasında qəbullara ehtiyac qalmazdı. Əhmədova dair məhkəmə qərarları icra olunmur. Bizim evin sakinlərini Xətai Məhkəməsi Səbailə, Səbail Məhkəməsi Xətaiyə “ötürür”. İl keçib, ortada nə qərar var, nə də ev! Bütün əmlakını, o cümlədən dəfələrlə satıb, geri aldığı o “matah” torpağı dövlət hərraca çıxartmadıqca ağsaqqal rahat durmayacaq. 12 ildə vəsaitimizi səraməyə edib, sərvətinə sərvət qatıb, sayəmizdə qanunsuz varlanıb, indi deyir “yalnız ödədikləri pulu verəcəm, niyə mən itirməliyəm”. Onun arxasında oliqarx-məmurlar, bizim də yanımızda dövlətimiz var. Dövlətin bir ovuc məmurlardan ibarət olmadığına inanıram”!

Azərbaycan Konstitusiyasının 13-cü, Mülkiyyət maddəsi, Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi vətəndaşın mülkiyyət toxunulmazlığı və dövlət tərəfindən müdafiəsini tanıyır. H.Həmidova evini həmin yerdə və daha üstün şərtlərlə geri istədiyi kimi (necə deyərlər – gözə-göz, dişə-diş), mülkünün dağıdılmasında birbaşa və dolayısı ilə, hərəkət və hərəkətsizliyi ilə iştirak edənlərə də Cinayət Məcəlləsinin 178; 186; 222-1; 292; 294; 297; 303; 306; 309; 310-cu və sair və ilaxır maddələri ilə layiqli cəzalandırılmasını tələb edir: “Hadisənin cənab Prezidentə məruzə ediləcəyinə ümidliyəm. Dövlət başçısı da xalqı ictimai nəzarətdə aktiv olmağa çağırır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Aprel 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see352

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see259

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see259

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see250

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see250

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see248

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see241

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see239

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see237

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see235

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see231

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see225

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see223

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see223

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see222

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see221

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see215

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see207

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see193

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri