Icma.az
close
up
RU
Azərbaycanlıların Rusiyaya axını niyə azalıb? “Yeni qaydalar tərəddüd yaradır”

Azərbaycanlıların Rusiyaya axını niyə azalıb? “Yeni qaydalar tərəddüd yaradır”

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Rusiyada miqrasiya sahəsində baş verən son proseslər, miqrantlara qarşı münasibət və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ondan xəbər verir ki, bu ölkədə qanunsuz miqrasiya ilə mübarizə şüarı altında çox sərt siyasət yürüdülür. Bu da istər-istəməz, xüsusən MDB ölkələrindən Rusiyaya səfər edən insanlar üçün ciddi çətinliklər yaradır”.

Bu sözləri “Yeni Sabah”a Milli Məclisin Azərbaycan–Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Allahverənov deyib.

Onun sözlərinə görə, hazırda Rusiyaya istənilən formada səyahət sərt prosedurlarla müşayiət olunur:

“İyunun 30-dan etibarən qüvvəyə minən yeni qaydaya əsasən, Rusiya ərazisinə səfər etmək istəyən şəxslər mütləq QR kodu almalı, bunun üçün səfərə 72 saat qalmış aidiyyəti strukturlara müraciət etməlidir. Ancaq bu o demək deyil ki, həmin şəxsi mütləq ölkə ərazisinə buraxılacaq. Çünki Rusiya sərhədçiləri onu giriş izni versə belə, Federal Miqrasiya Xidmətinin əməkdaşları "stop" qoya bilər”.

Parlament üzvü vurğulayıb ki, yeni qaydalar xarici ölkə vətəndaşlarında Rusiyaya səfər etməklə bağlı tərəddüdlər yaradır:

“Bu, çox sərt qaydalardır və nəticə etibarı ilə insanlar yenə də qeyri-müəyyən vəziyyətə düşmüş olurlar. Əvvəlki illərdə nisbətən daha sərbəst səfərlər və əmək fəaliyyəti ilə məşğul olmaq mümkün idi. İndi demək olar ki, qeyri-mümkündür. Üstəlik, miqrant ailələrindən olan uşaqların məktəbə götürülməsində də məhdudiyyətlər tətbiq olunur.  Şəxs rus dilini bilmirsə, məktəbə yolu bağlıdır. Bu kimi şərtlər istər-istəməz miqrantlar üçün Rusiyanı cəlbedici ölkələr siyahısından çıxarır".

Bakı və Moskva arasında olan gərginlik artıq bir qədər geridə qalıb. Vladimir Putin də qeyd edib ki, Azərbaycanla münasibətdə emosional böhran yaşanmaqda idi. Amma hazırda iki dövlət arasında münasibətlər yenə də yüksək səviyyədə qalmaqdadır, - deyə Azər Allahverənov azərbaycanlıların Rusiyaya axınının azalması səbəbini izah edərkən qeyd edib. - AZAL-a məxsus təyyarənin qəzayə uğraması ilə əlaqədar olaraq, müəyyən gözləntilər var idi. Putin bildirib ki, bu hadisənin törədilməsində əli olan şəxslər cəzalandırılacaq. Yəqin ki, bu ilin sonuna qədər Rusiya prezidenti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə başlayacaq".

Xatırladaq ki, Azərbaycan vətəndaşlarının Rusiyaya səfərləri azalıb. Bu ilin 3 rübündə qonşu ölkəyə cəmi 99 min nəfər yollanıb. Müqayisə üçün bildirək ki, ötən ilin eyni zaman kəsimində həmin statistika 144 min nəfər olub. 

Ümumən 2025-ci ildə Rusiyaya beynəlxalq səfərlərin sayı təxminən 1 milyon azalıb.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Noyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri