Bakıda kabab yedi, pulunu ödəmədi HƏBS OLUNDU
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.Az "Xibab24.az"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, Ə.A adlı şəxs rayon ərazisində yerləşən “Aybasan” kafesindən 162 manat dəyərində qarışıq kabab alıb və pulunu üç gündən bir ödəyəcəyinə dair söz verib.
Lakin pulu ödəyə bilmədiyi üçün kafe sahibi Ə.A-dan polisə şikayət edib. Şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib.
Binəqədi Rayon Məhkəməsinin hakimi Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə barəsində protokol tərtib edilən şəxs əməlini etiraf edib. O, aldığı kababı tikintidə işlədiyi fəhlələrlə birlikdə yediyini, lakin işdən çıxarıldığı üçün ödəniş edə bilmədiyini deyib.
O, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq, məhkəmədən barəsində daha yüngül inzibati tənbeh verilməsi barədə qərar qəbul etməsini xahiş edib.
Məhkəmənin qərarına əsasən, Ə.A 23 gün müddətinə inzibati qaydada həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 25 İyul 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















