Bakıda keçiriləcək SportAccord Convention 2027 sammiti üçün qeydiyyat başlayıb
Icma.az bildirir, Apasport portalına istinadən.
2027-ci ildə Bakıda keçiriləcək "SportAccord Convention 2027" idman sammiti üçün qeydiyyat prosesi başlayıb.
Apasport.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidməti açıqlayıb.
Tədbir 9-13 may aralığında baş tutacaq.
Sammitdə 120-dən çox beynəlxalq idman federasiyası, Beynəlxalq Olimpiya Komitəsi (BOK), qlobal idman yarışlarına ev sahibliyi edən şəhərlərin rəhbər strukturlarının və idman sənayesinin aparıcı şirkətlərinın təmsil olunacağı gözlənilir. Ümumilikdə 65-dən artıq ölkədən 600-dən çox təşkilatı təmsil edən 1700-dən yuxarı rəsmi nümayəndənin iştirakı nəzərdə tutulur.
"SportAccord" beynəlxalq idman təşkilatlarının rəhbərlərini, sənaye ekspertlərini və iş dünyasının liderlərini bir araya gətirən müstəsna platformadır. Beş gün davam edəcək sammit çərçivəsində beynəlxalq federasiyaların rəsmi iclasları, konfranslar, panel müzakirələri, ixtisaslaşmış sərgilər və B2B görüşlər təşkil olunacaq. İştirakçılar strateji tərəfdaşlıqlar qurmaq, qabaqcıl təcrübə mübadiləsi aparmaq və idman sənayesinin gələcək inkişaf vektorlarını müəyyənləşdirmək imkanı əldə edəcəklər.
Tədbirin əsas işgüzar proqramı Bakı Konqres Mərkəzində baş tutacaq. Təntənəli açılış mərasimi isə Heydər Əliyev Mərkəzində keçiriləcək.
"SportAccord Convention 2027" Azərbaycanın qlobal idman xəritəsindəki mövqeyini daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını yenidən nümayiş etdirəcək. Bu möhtəşəm sammit yerli şirkətlər və təşkilatlar üçün dünya idman sənayesinin aparıcı simaları ilə birbaşa əlaqələr qurmaq, öz potensialını beynəlxalq auditoriyaya təqdim etmək fürsəti yaradacaq.
Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 12 Noyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















