Market alışverişini asanlaşdıran 6 5 4 3 2 1 üsulu
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Marketə siyahısız gedən və evinə ehtiyacından artıq məhsulla qayıdanlar üçün sosial şəbəkələrdə populyarlaşan 6-5-4-3-2-1 üsulu diqqət çəkir.
Milli.Az xəbər verir ki, plansız xərclərin və qida israfının qarşısını almağı hədəfləyən bu qayda səbətə müəyyən sayda məhsul qoymağı təklif edir.
6-5-4-3-2-1 qaydası necə tətbiq olunur?
Üsulun əsasında hər alış-verişdə fərqli qida qruplarından müəyyən miqdarda məhsul seçmək dayanır:
6 tərəvəz (təzə, dondurulmuş və ya konservləşdirilmiş)
5 meyvə
4 zülal mənbəyi (yumurta, qatıq, paxlalılar, toyuq və ya balıq)
3 nişastalı məhsul (düyü, makaron və çörək)
2 sous və ya çəkilə bilən məhsul
1 zövq üçün qəlyanaltı
Üsulun üstünlükləri:
Plansız xərclərin qarşısını alır: Anlıq istəklər və endirimlərin təsiri ilə lazımsız məhsul alımını azaldır.
İsrafı azaldır: Həftə boyu fərqli yeməklərdə istifadə oluna biləcək məhsullar seçməyə kömək edir, beləliklə soyuducuda xarab olub zibilə gedən qidaların miqdarı azalır.
Tək yaşayan bir insanla böyük ailənin ehtiyacları fərqli olduğu üçün bu rəqəmlər ailə üzvlərinin sayına və büdcəyə uyğun olaraq dəyişdirilə bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 16 Noyabr 2026 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















