Icma.az
close
up
RU
Sentyabrın ilk həftəsi faciələrlə yadda qaldı Xronologiya

Sentyabrın ilk həftəsi faciələrlə yadda qaldı Xronologiya

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sentyabr ayının ilk həftəsini geridə qoyduq. Təəssüf ki, bu həftə ölkədə baş verən dəhşətli faciələrlə yadda qaldı.

Tribunainfo.az xəbər verir ki, 8 gün ərzində baş verən bədbəxt hadisələr nəticəsində 7 nəfər dünyasını dəyişib. 3 qadın cinayət hadisəsi də baş verib ki, bu hadisələrdən də ikisi ölümlə nəticələnib.

4 sentyabr tarixində baş verən dəhşətli faciə bir ailənin 3 üzvünün ölümü, 2 üzvünün isə yaralanması ilə nəticəsləndi. Naxçıvanın Şahbuz rayonunda istirahət mərkəzində su üzərində qurulan platforma suya aşmış, nəticədə 1983-cü il təvəllüdlü Hüseynova Sevinc Abdulla qızı və onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı vəfat etmişdi.

Həmçinin hadisəyə şahid olan nənə 1947-ci il təvəllüdlü Məmmədova Səkinə Xəlil qızı isə xəstəxanaya aparılarkən şok keçirərək dünyasını dəyişmişdi.
Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törətmişdilər.
Qəza zamanı 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar.

Digər hadisə isə Xızıda yaşanıb. Xızının Stalçay adlanan ərazisində 36 yaşlı kişi üstünə darvaza aşması nəticəsində ölüb.
1989-cu il təvəllüdlü Ceyhun Qəzənfər oğlu Həsənov öz həyətində olarkən üzərinə darvaza aşıb. O, aparıldığı Sumqayıt şəhər xəstəxanasına həyatını itirib.

Digər dəhşətli hadisə isə Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində baş verdi. Sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobili 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində yük maşınının sürücüsü, əzilən “Changan” avtomobilinin sürücüsü və sərnişini hadisə yerində dünyasını dəyişib.

Sentyabrın ilk həftəsi qadın ölümləri isə də yadda qalıb. Belə ki, 8 gün ərzində 3 qadın cinayəti baş verib. 2 sentyabrda Abşeron rayonunda 58 yaşlı Əminə Məlikova qaynı tərəfindən mülk mübahisəsinə görə evinin qarşısında bıçaqlanaraq öldürülüb.

5 sentyabr tarixində isə Ağcabədi rayonunda 16 yaşlı Fidan Məmmədova 18 yaşlı qardaşı tərəfindən öldürülüb.

6 sentyabrda da Lənkəran rayonunda M.Bəxtiyarova bıçaqlanıb.

Nigar İxtiyarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri