Bakıda keçirilən iclasda tarixi qərar
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İslam İnkişaf Bankının (İİB) Bakıda keçirilən İcraçı Direktorlar Şurasının 367-ci iclasında ümumi dəyəri 2.8 milyard ABŞ dolları olan inkişaf maliyyələşdirmə paketi təsdiqlənib.
"Ölkə.az" xəbər verir ki, ayrılan vəsait nəqliyyat, enerji, kənd təsərrüfatı və iqlim dayanıqlılığı sahələrində həyata keçiriləcək layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Təsdiqlənən layihələr sırasında Uqandada standart ölçülü dəmir yolunun tikintisi üçün 650.75 milyon avro, Türkiyədə İstanbul Şimal Dəmir Yolu Keçidi Layihəsi üçün 660.35 milyon avro və Banqladeşdə neft emalı zavodunun modernləşdirilməsi məqsədilə 1 milyard dollardan çox vəsaitin ayrılması yer alır.
Bundan əlavə, maliyyələşdirmə paketinə Nigeriyada günəş enerjisinin inkişafı, Fələstində günəş elektrik stansiyalarının tikintisi, Kot-d'İvuarda elektrik infrastrukturunun gücləndirilməsi, Tacikistanda yol infrastrukturunun bərpası, eləcə də Qambiya və Benində kənd təsərrüfatı layihələrinin dəstəklənməsi daxildir.
Bildirilib ki, ayrılan vəsaitlər regional inteqrasiyanın gücləndirilməsinə, enerji təhlükəsizliyinin artırılmasına, ərzaq təminatının yaxşılaşdırılmasına və davamlı iqtisadi inkişafın dəstəklənməsinə xidmət edəcək.(oxu.az)
Baxış sayı:55
Bu xəbər 16 İyun 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















