Ofelya Şabanova: Şəhid ailəsinin toyuna getmək üçün 5 min manat istəyən müğənni var
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müğənni Ofelya Şabanova toylara yüksək qonorarla gedən həmkarlarından biri ilə bağlı açıqlama verib.
Qaynarinfo xəbər verir ki, sənətçi şəhid ailəsinin məclisində iştirak etmək üçün 5 min manat qonorar tələb edən müğənninin olduğunu bildirib.
Ofelya Şabanova həmin hadisəni belə nəql edib:
“Müğənni var, adını çəkə bilmərəm. Ona zəng ediblər ki, şəhidimizin balasının kiçik toyudur, səni də orada görmək istəyirik. Mən həmin toyda sevə-sevə oxudum. Şəhidin anası mənə yaxınlaşaraq dedi ki, filan müğənniyə zəng edib. Həmin müğənni əvvəlcə 5 min manat qonorar istəyib, sonra isə 4500 manata getməyə razılaşıb. İndi efirlərdə həmin müğənni mənəm-mənəm deyir”.
Ofelya Şabanova şəhid ailəsinin məclisində iştirak etmək üçün yüksək qonorar tələb edən həmkarının bu davranışını qınayıb.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 24 Noyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















