Icma.az
close
up
RU
Bakıda keçirilən növbəti əmək yarmarkasında 90 işəgötürən tərəfindən 822 vakansiya təqdim edilib

Bakıda keçirilən növbəti əmək yarmarkasında 90 işəgötürən tərəfindən 822 vakansiya təqdim edilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə ali məktəbdə əmək yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, yarmarkada Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, universitetin rektoru Vilayət Vəliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, müxtəlif sektordan olan işəgötürənlər və digər qonaqlar iştirak ediblər.

İşsiz və işaxtaran şəxslərin mövcud vakansiyalara əlçatanlığının təmin edilməsi, işəgötürənlərin qısa zamanda ixtisaslı kadrlara olan ehtiyaclarının ödənilməsi baxımından əmək yarmarklarının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, xüsusilə universitetlərdə bu cür tədbirlərin keçirilməsi gənclərin əmək bazarına daxil edilməsində mühüm əhəmiyyətə malikdir.

Tədbirdə, həmçinin “Məzunların məşğulluq reytinqi” platforması barədə məlumat da verilib.

Sonra qonaqlar təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, işçi seçimində prioritet kriteriyalar və vakansiyalara qəbul prosesi haqqında ətraflı məlumat veriblər.

Aktiv məşğulluq tədbirində 90 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 822 vakansiya təqdim edilib. İşsiz və işaxtaran şəxslərə vakansiyalar və iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin tədbirə qatılan şəxslər Agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq şansı əldə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri