Icma.az
close
up
RU
Bakıda kibermüharibə yarışı keçiriləcək

Bakıda kibermüharibə yarışı keçiriləcək

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu tədbir artıq ikinci dəfədir, ölkəmizdə keçirilir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, kritik infrastrukturlarda informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılıb. Bu addımlarla yanaşı, belə tədbirlərin təşkili də başlıca prioritetlərdəndir".

Oxu.Az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisinin müavini Tural Məmmədov Bakı Konqres Mərkəzində "CIDC 2025 - Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Xidmət rəsmisinin sözlərinə görə, ölkə başçısının bu sahədə, yəni kritik infrastrukturların qorunması və onların informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq, qanunvericilikdə də bir sıra dəyişikliklər və yeni aktlar qəbul olunub:

"Bu da bizə imkan verir ki, həm ümumi kritik infrastruktur obyektlərində, həm də "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları çərçivəsində informasiya təhlükəsizliyini daha da gücləndirək".

Məmmədov əlavə edib ki, tədbirin əsas mövzusu da məhz ağıllı şəhərlərdə kibermüharibə simulyasiyasıdır:

"Arxada gördüyünüz səhnədə artıq 25 komanda seçilib və onlar final mərhələsində yarışacaqlar".

"Tədbir dörd hissədən ibarətdir. Birinci hissə təlimlərdir. Burada 360-dan çox mütəxəssis xüsusi istiqamətlənmiş kibertəhlükəsizlik təlimləri keçəcək. Bu təlimlər çox spesifik sahələri əhatə edir və digər adi kurs və təlimlərdə keçirilmir. İkinci hissə sərgidir - informasiya təhlükəsizliyi sərgisi. Burada kibertəhlükəsizlik sahəsində yeni texnologiyalar, innovativ həllər nümayiş etdirilir. Üçüncü hissə isə konfransdır. Konfransda "ağıllı şəhərlər" və kritik infrastrukturlar üzrə maraqlı mövzular müzakirə olunacaq. 10 təqdimat və beş panel müzakirəsi nəzərdə tutulub. Dördüncü hissə isə kibermüharibə yarışıdır. Bu il mövzu "Ağıllı şəhərlərdə kibermüharibə simulyasiyası"dır. Bu, təsadüfi seçilməyib - Prezident İlham Əliyevin kritik infrastrukturların təhlükəsizliyi ilə bağlı verdiyi tapşırıqlardan və imzalanmış normativ hüquqi aktlardan irəli gəlir. Dövlət orqanlarının və qurumlarının informasiya təhlükəsizliyi üzrə fəaliyyətləri bu istiqamətdə birgə koordinasiya olunur", - deyə o qeyd edib.

Müsahib onu da diqqətə çatdırıb ki, bu kibermüharibə simulyasiyasının əsas məqsədi maarifləndirmə və təcrübə mübadiləsidir:

"Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası çərçivəsində istifadə olunan texnologiyaların və onlara qarşı təhdidlərin simulyasiyası həyata keçirilir. Simulyasiyada 20 yerli və beş xarici komanda iştirak edir. Onlar Bakı şəhərinin simulyasiya olunmuş modelində kibertəhlükələrə qarşı mübarizə aparacaq, hücumları təhlil edib aradan qaldırmaq üçün biliklərini göstərəcəklər. Simulyasiya çox maraqlı mövzuları əhatə edir və növbəti hissələrdə bu barədə daha ətraflı məlumat veriləcək".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri