Real Madrid in əfsanəsi yeni klubu ilə müqavilə imzaladı
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
"Ovyedo" futbol klubunun mətbuat xidməti Raul Qonsalesin komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Bu barədə "Championat.com" nəşri xəbər verib.
Məlumata əsasən, klubla mütəxəssis arasında imzalanan müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
"Ovyedo" İspaniyanın ikinci ən güclü futbol liqası olan Sequndada çıxış edir. Komanda 13 turun yekunlarına əsasən 21 xal toplayaraq turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. "Ovyedo" ötən mövsüm La Liqada çıxışını sonuncu yerdə başa vurub.
Raul 1994-2010-cu illərdə "Real Madrid"də çıxış edib. Bu müddət ərzində klubun heyətində 741 oyun keçirib və 323 qol vurub.
Raul Qonsales 2018-ci ildə "Real Madrid" sistemində məşqçilik karyerasına başlayıb. İspaniyalı mütəxəssis 2025-ci ildə Madrid klubundan ayrılıb.
///oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 09 Noyabr 2026 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















